KOBİA işə qəbul elan edir

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) KOB dostu departamentinin Mingəçevir, Ağcabədi və Sabirabad KOB dostu vəzifələri üzrə işə qəbul elan edir:

KOB dostu vəzifəsi üzrə əmək funksiyaları:

– fəaliyyət göstərdiyi regionda səlahiyyətləri çərçivəsində Agentliyi təmsil etmək;

– regionda KOB subyektlərinin fəaliyyətlərində qarşılaşdığı problemlərin həllinə operativ dəstək göstərmək;

– sahibkarlığın inkişafının qiymətləndirilməsi ilə bağlı Agentlik tərəfindən göstərilən xidmətlər üzrə səlahiyyətləri daxilində monitorinq, sorğu və müşahidələr aparmaq;

– Agentliyin funksiyaları ilə bağlı maarifləndirmə işlərini yerinə yetirmək;

– regionda KOB sektorunun inkişafı ilə bağlı təkliflər hazırlamaq;

– KOB-ların təşəbbüs və təkliflərinin reallaşdırılması istiqamətində tədbirlər görmək;

– səlahiyyətləri daxilində müvafiq sahə üzrə layihələrin hazırlanmasında, həyata keçirilməsində və icrasında iştirak etmək;

– müvafiq tədbir və görüşlərin təşkil olunmasında aidiyyəti üzrə hazırlıq işlərinin həyata keçirilməsini təmin etmək;

– qabaqcıl təcrübənin öyrənilməsi ilə bağlı forumların, konfransların, seminarların, digər tədbirlərin işində iştirak etmək, sahibkarlığın inkişafı ilə bağlı digər işlər görmək;

– ərazi üzrə zəruri dövri hesabatların və məlumatların qəbul olunmasını, emalını, təhlil və ümumiləşdirilməsini həyata keçirmək, fəaliyyət istiqamətləri üzrə vətəndaşlardan, dövlət orqanlarından, idarə, müəssisə və təşkilatlardan daxil olan müraciətlərə və soğulara qanunvericiliyə uyğun olaraq baxılmasını və aidiyyəti üzrə əlaqələndirilməsini təmin etmək;

– qanunvericiliyin və dövlət orqanlarının qəbul etdikləri başqa normativ hüquqi aktların tələblərinə riayət etmək;

– departamentin əsasnaməsi ilə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək.

Namizədə dair tələblər:

– Ali təhsil tələbi: İqtisadiyyat və idarəetmə ixtisas qrupları, Hüquqşünaslıq;

– Sahibkarlıq fəaliyyəti üzrə zəruri iqtisadi və qanunvericilik biliklərinin olması; 

– Sahibkarlara göstərilən dövlət dəstəyi və təşviqetmə mexanizmləri haqqında məlumatlı olmalı;

– Vətəndaşların müraciətlərinə dair qanunvericilik bilikləri olmalı;

– Agentliyin strukturu, nizamnaməsi, fəaliyyət istiqamətləri və dəstəkləri haqqında məlumatlı olmalıdır.

Şərtlər: 

– Tam iş günü, iş qrafiki I-V günlər. 

Agentliyin fəaliyyəti haqqında (Qanunvericilik, Dəstək və xidmətlər, fəaliyyət istiqamətləri) www.smb.gov.az saytından məlumat əldə oluna bilər. CV-lər (yalnız Azərbaycan dilində) mövzu yerinə “KOB dostu (region adı)” yazılaraq 21.06.2023-cü il tarixinə qədər hr@smb.gov.az ünvanına göndərilməlidir. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Əlaqədar məqalələr
VACANCY

Xızı və Hacıqabulda keçirilən əmək yarmarkalarında 182 vakansiya təqdim edilib

Xızı və Hacıqabulda keçirilən əmək yarmarkalarında 182 vakansiya təqdim edilib Əmək…
►►►
VACANCY

SƏTƏMM mühəndislərinin işə qəbulu elan edilir

SƏTƏMM mühəndislərinin işə qəbulu elan edilir “Bakı Metropoliteni” QSC Sağlamlıq…
►►►
İqtisadiyyat / BiznesVACANCY

Bank VTB (Azərbaycan) «Xidmət və müştərilərə xidmət» profili üzrə təcrübə proqramı...

Bank VTB (Azərbaycan) sonuncu kurs tələbələrini və iş təcrübəsi olmayan universitet…
►►►