Mərkəzi Bank sədrindən kredit faizləri ilə bağlı açıqlama
Bank kreditləri faizlərini aşağı salmaq üçün depozit faizlərini də aşağı salmalıyıq.

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov deyib.
O qeyd edib ki, istehlak kreditləri üçün isə faiz göstəricisi hazırda 16,1 %-dir. “Biz kredit faizləri aşağı salmaq üçün depozit faizlərini də aşağı salmalıyıq. Amma etiraf edək, 4-5 %-lə banka depozit qoyan olacaqmı? Biz depozit faizlərini aşağı salsaq, camaat depozitini banka gətirməyəcək”, – deyə o əlavə edib.
Mənbə: metbuat.az