“Intel” İsraildə çip istehsalına görünməmiş məbləğdə sərmayə qoyacaq

ABŞ-ın “Intel” şirkəti İsraildə çip istehsalı zavodunun tikintisinə rekord məbləğdə 25 milyard dollar sərmayə qoyacaq. Bunu baş nazir Benyamin Netanyahu bildirib.

İsrail hökumətinin başçısı bazar günü bildirib ki, ölkənin Maliyyə Nazirliyi və “Intel” şirkəti çip istehsal edən zavoda 25 milyard dollar sərmayə yatırmaq barədə razılığa gəliblər.

“Bu, İsrail dövlətinə indiyə qədər edilən ən böyük sərmayədir!”, – deyə Netanyahu bildirib.

Onun sözlərinə görə, sənəd İsrailin azad iqtisadiyyatının və yüksək texnologiya sektorunun gücünü əks etdirirdi.

Baş nazir əlavə edib ki, saziş ölkə sakinlərini minlərlə iş yeri ilə təmin edəcək.

Məlumata görə, İsrail və “Intel” əlavə olaraq şirkətin vergi dərəcəsini 7.5%-ə qaldırılmağına razılaşıblar. Qeyd olunur ki, zavod 2027-ci ildə fəaliyyətə başlayacaq.

Mənbə: investaz.az

Əlaqədar məqalələr
Elm / Texnologiya

“Kaspersky” 2023-cü ildə əməkdaşlara ünvanlanan fişinq və skam göndərişlərinin ...

“Kaspersky” 2023-cü ildə əməkdaşlara ünvanlanan fişinq və skam göndərişlərinin…
►►►
Elm / Texnologiya

“SİMA İmza” və “PAŞA Bank”dan sahibkarlar üçün bir ilk!

“SİMA İmza” və “PAŞA Bank”dan sahibkarlar üçün bir ilk! Rəqəmsal İnkişaf və…
►►►
Elm / Texnologiya

“Nar”dan sahibkarlar üçün sərfəli təkliflər

“Nar”dan sahibkarlar üçün sərfəli təkliflər Müştərilərin asanlıqla korporativ…
►►►