Sahibkarlar İsraildə keçiriləcək qida sərgisinə dəvət olunur

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi İsrail Dövlətinin Təl-Əviv şəhərində 2023-cü ilin 28-30 noyabr tarixlərində keçiriləcək “Israfood 2023” beynəlxalq qida sərgisində vahid ölkə stendində iştirak üçün ixracatçıların müraciətlərinin qəbulunu elan edir.

Vahid ölkə stendində iştirak edəcək ixracatçıların maksimum sayı: 20 şirkət.

İştirakçılar müsabiqə əsasında seçiləcəkdir.

Sərginin əhatə etdiyi sahələr (məhsullar): Qida və içki sənayesi

XİFMN üzrə məhsulun koduMəhsulun adı
0802qabıqlı və qabığı təmizlənmiş badam və meşə fındığı
0409000000təbii bal
080810təzə alma
0810100000çiyələk və bağ çiyələyi
0810401000cır mərsin
0813qurudulmuş meyvə
0910201000zəfəran: doğranmamış və döyülməmiş
1509saflaşdırılmamış və ya saflaşdırılmış, lakin kimyəvi tərkibi dəyişdirilməmiş zeytun yağı və onun fraksiyaları:
1604310000nərə balıqlarının kürüsü
2007911000cemlər, meyvə jelesi, marmeladlar, meyvə və ya qoz püresi, meyvə və ya qoz pastası, isti emal edilən məhsullar, o cümlədən şəkər və ya digər şirinləşdirici maddələr əlavə olunmaqla: sitrus bitkiləri (şəkər miqdarı 30 kütlə %-dən çox)
200819qovrulmuş fındıq və badam
2009qıcqırdılmamış və tərkibində spirt əlavəsi olmayan, şəkər və ya digər şirinləşdirici maddələr əlavə edilmiş və ya edilməmiş meyvə şirələri
22alkoqollu və alkoqolsuz içkilər
240220tərkibində tütün olan siqaretlər:

Müsabiqənin təşkilatçısı: İqtisadiyyat Nazirliyi – Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO.

Müsabiqə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 31 oktyabr tarixli 470 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası” əsasında 25 sentyabr 2023-cü il tarixində AZPROMO-da təşkil olunacaq.

Seçim meyarları:

  • ixracatçının nümayiş olunacaq məhsulları üzrə istehsal potensialı – 10 bal;
  • nümayiş olunacaq məhsulların hədəf ölkəyə ixrac potensialı – 10 bal;
  • sahibkarın əvvəllər ixrac təcrübəsinin olub-olmaması (ixrac etdiyi məhsullarının miqdarını göstərməklə) – 5 bal;
  • Meyarların cəmi üzrə minimum keçid balı: 20 (iyirmi) bal.

Vahid ölkə stendində iştirak etmək üçün AZPROMO-ya aşağıdakı sənədlər təqdim edilməlidir:

  • Ərizə;
  • dəstək tədbirində iştirakla bağlı Şərtlər;
  • sahibkarın istehsal və ixrac potensialı və əvvəllər ixrac təcrübəsinin olmasına dair sənədlər və ya məlumatlar;
  • son birillik dövriyyə və vergi borcu barədə vergi orqanından alınmış arayış və ya arayışlar;
  • bank hesabından çıxarış (ərizənin təqdim olunduğu əvvəlki 365 gün ərzində həyata keçirilmiş əməliyyatlar göstərilməklə).

Sənədlər aşağıdakı ünvan üzrə 15 sentyabr 2023-cü il tarixinədək təqdim olunmalıdır: Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Bakı Biznes Mərkəzi, Neftçilər pr. 32, Bakı, AZ1000.

Əlavə məlumat üçün:

Samirə Məmmədova
AZPROMO – İxracın təşviqi departamentinin İxrac bazarları ilə iş şöbəsinin müdiri
Tel: (+99412) 598-01-47/48 (daxili 3624)
E-mail: samira.mammadova@azpromo.gov.az
Mob: (+99451) 949-09-87

Əli Babayev
AZPROMO – İxracın təşviqi departamentinin İxracatçılar ilə iş şöbəsinin böyük mütəxəssisi
Tel: (+99412) 598-01-47/48 (daxili 3664)
E-mail: ali.babayev@azpromo.gov.az
Mob: (+99450) 200-39-40.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

İpoteka və Kredit Zəmanəti Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanəti Fondunun istiqrazlarının…
►►►
İqtisadiyyat / Biznes

1-ci Yerli İstehsalat və İstehsal Texnologiyaları Sərgisi

“1-ci Yerli İstehsalat və İstehsal Texnologiyaları Sərgisi”ndə təmsil olunan şirkət…
►►►
İqtisadiyyat / Biznes

Tacikistanla ticarət dövriyyəsi 26 faizdən çox artıb

Tacikistanla ticarət dövriyyəsi 26 faizdən çox artıb Bu ilin yanvar-oktyabr aylarında…
►►►