“Aqroservis” ASC-nin sədri Elmin Rəhmanov Xaçmazda vətəndaşları qəbul edəcək

Sentyabr ayından başlayaraq Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir.

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, “Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Elmin Rəhmanov sentyabrın 12-də, saat 10:00-da Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında vətəndaşları qəbul edəcək.

Qəbul zamanı vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaş qəbulunda iştirak etmək istəyən şəxslər Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə (1652) və Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzinə 050-524-84-15  zəng etməklə qeydiyyatdan keçə bilərlər.

Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

Əlaqədar məqalələr
Qida sənayesi / Kənd təsərrüfatı

Vətəndaş qəbulu

Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Beyləqanda vətəndaşları qəbul…
►►►
Qida sənayesi / Kənd təsərrüfatı

“Kənddən şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq

“Kənddən şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq 9-10 dekabr tarixlərində…
►►►
Qida sənayesi / Kənd təsərrüfatı

Zərər çəkən fermerlərə aqrar sığorta ödənişləri

Zərər çəkən fermerlərə aqrar sığorta ödənişləri – 2,8 milyon manata…
►►►