Naxçıvanda “Aqro festival” keçirilir

Naxçıvanda təşkil olunmuş “Aqro festival”da KOBİA-nın sahibkarlara göstərdiyi dəstək və xidmətlər barədə də məlumat verilir. 

Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə Naxçıvanda “Aqro festival” keçirilib.

Naxçıvanda səfərdə olan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və Agentliyin nümayəndələri də festivalda iştirak edib, burada sərgilənən müxtəlif kənd təsərrüfatı məhsulları və xidmətlərlə tanış olublar.  

Naxçıvanda fəaliyyət göstərən sahibkarların Agentliyin dəstək və xidmətləri, o cümlədən KOB dostu şəbəkəsi barədə məlumatlandırılması üçün festivalda KOBİA da öz stendi ilə təmsil olunur. 

Qeyd edək ki, festivalda 45 şirkətin və 55 ailə təsərrüfatının müxtəlif kənd təsərrüfatı texnikaları, avadanlıqlar, toxum, gübrə, aqrar məhsulları və s. nümayiş olunur və satılır. Tədbir 2 gün davam edəcəkdir. 

Əlaqədar məqalələr
Qida sənayesi / Kənd təsərrüfatı

Vətəndaş qəbulu

Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Beyləqanda vətəndaşları qəbul…
►►►
İqtisadiyyat / Biznes

“4Sİ Akademiyası” çərçivəsində daha 1000 nəfər "Coursera"da təlimlərə başlayıb

“4Sİ Akademiyası” çərçivəsində daha 1000 nəfər “Coursera”da təlimlərə…
►►►
İqtisadiyyat / Biznes

“China Energy” şirkəti ilə enerji saxlanc sistemləri üzrə əməkdaşlıq müzakirə edilib

“China Energy” şirkəti ilə enerji saxlanc sistemləri üzrə əməkdaşlıq müzakirə…
►►►