CinemaPlus-da “Bundan sonra. Hər zaman” filminin romantik üslubda tədbiri keçirilb

Bakı, 18 sentyabr: “28 Mall” ticarət mərkəzində yerləşən “CinemaPlus” premium kinoteatrında amerikalı yazıçı Anna Toddun kitabı əsasında “Bundan sonra. Hər zaman” filminin son hissəsinin premyeradan öncə nümayişi keçirilib. Çoxdan gözlənilən melodram janrında film, dünyada milyonlarla pərəstişkarı olan, kommersiya baxımından ən uğurlu müstəqil kinofranşizalardan biridir.

Tessa ilə mübahisədən qurtulmaq və keçmişinin səhvlərini düzəltmək üçün Hardin Atlantik sahillərində günəşli Lissabona yollanır. Tamaşaçıları Portuqaliyaya romantik səyahət gözləyir.

Son film, nəhayət, bütün pərəstişkarların uzun zamandır izlədiyi Tessa və Hardinin sevgi hekayəsini yekunlaşdıracaq. Görəsən, bu nağılın sonu necə olacaq?

Əvvəlki hissələrin ən yaxşı ənənələrində film vizual olaraq parlaq və qəşəng görünür və Portuqaliya mənzərələri şəkilə miqyas və təravət əlavə edir. Franşıza heç vaxt bu qədər gözəl görünməmişdi!

Filmin rejissoru Kastill Lendondur. Baş rollarda Cozefina Lenqford, Hiro Fayns-Tiffin, Luiza Lombar, Stiven Moye, Cessika Vebber, Kora Kirk və başqaları çəkilib.

“Party Time” dekor şirkətinin dizaynı və işıqlandırılması, “A1” rəqs qrupunun parlaq şousu “CinemaPlus”da keçirilən gecəyə romantik ab-hava qatıb.

Həmçinin tədbirin təşkilində “VOЛЬGА” kino şirkəti, Cinema Distribution, Brand Media Groups, foto və video “Light in Black” kreativ şirkəti, MADO restoranı, “Чёткая” Organic vodka və Red Bull dəstək göstəriblər.

Tədbir filmin nümayişi ilə başa çatıb.

“CinemaPlus” hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.

Əlaqədar məqalələr
City Life

“Azərpoçt” və “Slovakiya....

“Azərpoçt” və “Slovakiya poçtu”nun əməkdaşlığı sayəsində…
►►►
City Life

CinemaPlus-da rok musiqiçisi Murat Gögebakanın həyatından bəhs edən film

CinemaPlus-da rok musiqiçisi Murat Gögebakanın həyatından bəhs edən film “CinemaPlus”…
►►►
City Life

Təbrizin məşhur "Dalğa" qrupu Bakıda konsert proqramı ilə çıxış edib

Təbrizin məşhur “Dalğa” qrupu Bakıda konsert proqramı ilə çıxış…
►►►