“Bakı neftinin atası” – Azərbaycanın neft-qaz sektorunda böyük xidmətləri olan polşalı mühəndis

Bugünkü Neftçilər Günü münasibətilə görkəmli polşalı ixtiraçı, geoloq və xeyriyyəçi, lakin Azərbaycanda az tanınan, kəşfləri Azərbaycanın qaz və neft sektorunun inkişafına mühüm töhfə vermiş Vitold Zqlenitskinin (1850 – 1904) həyatını xatırlatmaq yerinə düşərdi.

Vitold Zqlenitski Varşava İqtisadiyyat Məktəbinin riyaziyyat-fizika fakültəsinin və Sankt-Peterburqdakı Mədən İnstitutunun məzunu olub. Əvvəlcə o, Polşada mühəndis işləyib, lakin onun peşəkar həyatının əhəmiyyətli hissəsi Bakı ilə bağlı olub – 1891-ci ildən ölümünə qədər burada çalışıb.

V. Zqlenitski neftin çıxarılması üsullarının modernləşdirilməsi ilə məşğul olmuş və onun dəniz dibindən çıxarılması ideyasını irəli sürmüşdür. O, təkcə qazma platforması konsepsiyasını deyil, həm də qazma işini asanlaşdırmaq üçün bir sıra ixtiralar, məsələn, neft quyularının əyriliyini ölçmək üçün cihaz və valları daha sürətli və daha böyük dərinliklərə qazmağa imkan verən texniki həllər hazırlamışdır. V. Zqlenitski bugünkü Azərbaycan ərazisində və Xəzər dənizinin dibində karbohidrogen ehtiyatlarının bolluğunun müəyyən edilməsi ilə də məşğul olmuşdur. Onu “Bakı neftinin atası” adlandırmaq olar, çünki onun geoloji fəaliyyəti və ixtiraları bu şəhərdə neft sənayesinin çiçəklənməsinə böyük töhfə verib.

V. Zqlenitskinin ictimai fəaliyyətini də xatırlanmağa dəyər. Məsələn Bakıda su qurğularının tikintisində və ilk Roma Katolik Kilsəsinin tikintisinin birgə maliyyələşdirilməsində (ölümündən sonra – miras vəsiyyəti ilə) iştirak edirdi.  V. Zqlenitski öz vəsiyyətində neft yataqlarından əldə etdiyi gəliri elmin və xeyriyyəçiliyin inkişafına ayırıb. Vəsiyyətnamənin müddəalarının həyata keçirilməsi I Dünya Müharibəsinin başlaması ilə dayandırıldı. Rusiyada 1917-ci il inqilabından sonra V. Zqlenitskinin vəsiyyətini yerinə yetirən fond ona verilmiş neftli sahələri istismar etmək hüququndan məhrum edildi (özgəninkiləşdirmə kompensasiya edilmədən həyata keçirilirdi).

V. Zqlenitski Azərbaycanda vəfat edib, lakin cənazəsi Polşaya aparılıb – o, Wola Kielpinska qəbiristanlığında dəfn olunub. Azərbaycanın neft-qaz sektorunda böyük xidmətləri olan bu Polyakın və insanın hazırda Bakıda xatirəsini yad etməkçün heç bir abidəsi və ya adına küçə yoxdur.

Əlaqədar məqalələr
Book Cafe

Hüquqi şəxsin xaricdən əldə etdiyi dividend gəlirləri hansı formada vergiyə cəlb olunur

Hüquqi şəxsin xaricdən əldə etdiyi dividend gəlirləri hansı formada vergiyə cəlb…
►►►
Book Cafe

Qida və yem məhsullarına....

Qida və yem məhsullarına sağlamlıq sertifikatlarının verilməsi qaydası və forması…
►►►
Book Cafe

Vahid bəyannamə sisteminin....

Vahid bəyannamə sisteminin tətbiqi çevik vergi inzibatçılığının formalaşdırılmasına…
►►►