Mələk İnvestorlar Məktəbi fəaliyyətə başlayıb

“Technovate – Sabah Mələk İnvestorlar Klubu” tərəfindən ölkəmizdə ilk dəfə olaraq yaradılan Mələk İnvestorlar Məktəbi fəaliyyətə başlayıb.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında məlumat verib.

Nazir əlavə edib ki, tədris prosesində mələk investor olmaq istəyənlər ABŞ təlimçilərindən nəzəri bilikləri və təcrübəni mənimsəyəcəklər və qabaqcıl ölkələrin, xüsusilə də ABŞ-nin startaplarına sərmayə yatırmaq imkanı əldə edəcəklər: “Bu layihə ölkəmizdə startap ekosisteminin innovativ əsaslarla inkişafına, investisiya fəaliyyətinin və biznes mühitinin təkmilləşməsinə töhfə verəcək”.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

ABB-nin yeni müştərisi ol, pul hədiyyəsi və əlavə keşbek qazan

ABB-nin yeni müştərisi ol, pul hədiyyəsi və əlavə keşbek qazan  ABB mobile tətbiqində…
►►►
İqtisadiyyat / Biznes

İpoteka və Kredit Zəmanəti Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanəti Fondunun istiqrazlarının…
►►►
İqtisadiyyat / Biznes

1-ci Yerli İstehsalat və İstehsal Texnologiyaları Sərgisi

“1-ci Yerli İstehsalat və İstehsal Texnologiyaları Sərgisi”ndə təmsil olunan şirkət…
►►►