Sahibkarlar “Gulfood 2024” sərgisinə dəvət olunurlar

İqtisadiyyat Nazirliyi 2024-cü ilin 19-23 fevral tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək “Gulfood 2024” beynəlxalq qida sərgisində vahid ölkə stendində iştirak üçün ixracatçıların müraciətlərinin qəbulunu elan edir.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) məlumatına görə, vahid ölkə stendində iştirak edəcək ixracatçıların maksimum sayı 20 şirkət təşkil edəcək.

İştirakçılar müsabiqə əsasında seçiləcək.

Seçim meyarları ilə AZPROMO-nun rəsmi internet səhifəsindən (https://u.to/91wDIA) tanış olmaq olar.

Əlaqədar məqalələr
Qida sənayesi / Kənd təsərrüfatı

“Kənddən şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq

“Kənddən şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq 9-10 dekabr tarixlərində…
►►►
Qida sənayesi / Kənd təsərrüfatı

Zərər çəkən fermerlərə aqrar sığorta ödənişləri

Zərər çəkən fermerlərə aqrar sığorta ödənişləri – 2,8 milyon manata…
►►►
Qida sənayesi / Kənd təsərrüfatı

Vətəndaş qəbulu

Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Azad Cəfərli Qazaxda vətəndaşları qəbul…
►►►