“GL” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir
23 oktyabr 2023-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “GL” ASC-nin ümumi dəyəri 1,300,000 (bir milyon üç yüz min) manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.
25 oktyabr 2023-cü il tarixində Bakı Fond Birjasında “GL” ASC-nin ümumi dəyəri 1,300,000 (bir milyon üç yüz min) manat olan istiqrazlarının yerləşdirilməsi birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.
Yerləşdirmə üzrə anderrayter “INVEST-AZ İnvestisiya Şirkəti” QSC-dir.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Dövlət qeydiyyat nömrəsi – İSİN | İstiqrazların növü və forması | İstiqrazların sayı | Nominal Dəyəri | Hərrac tarixi | İllik faiz dərəcəsi | Tədavül müddəti | Kupon faizlərinin ödəniş müddəti |
AZ2012020288 | Faizli, təmin edilməmiş sənədsiz adlı istiqrazlar | 1300 (ədəd) | 1,000 manat | 25.10.2023 | 13% | 5 il (1 il –360 gün) | Hər ayda (1 ay -30 gün) bir dəfə |
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilmişdir.