İordaniya ilə ticarət dövriyyəsi 55 faizdən çox artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın İordaniya ilə ticarət dövriyyəsinin ümumi həcmi ötən ilin müvafiq dövrünə nisbətdə 55,6 faiz və ya 1,97 milyon ABŞ dolları artaraq 5,5 milyon dolları üstələyib.

Azərbaycan iqtisadiyyatı” Teleqram kanalının Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk 9 ayında Azərbaycandan İordaniyaya 510,77 min dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2022-ci ilin eyni göstəricisindən 2,2 dəfə və ya 282,55 min dollar çoxdur.

İordaniyadan Azərbaycana idxal edilən məhsulların dəyəri isə 50,9 faiz və ya 1,69 milyon dollar artaraq 5 milyon dollar təşkil edib.

Cari ilin yanvar-sentyabr aylarının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində İordaniya ilə ticarətin payı 0,01 faiz təşkil edib.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

“4Sİ Akademiyası” çərçivəsində daha 1000 nəfər "Coursera"da təlimlərə başlayıb

“4Sİ Akademiyası” çərçivəsində daha 1000 nəfər “Coursera”da təlimlərə…
►►►
İqtisadiyyat / Biznes

“China Energy” şirkəti ilə enerji saxlanc sistemləri üzrə əməkdaşlıq müzakirə edilib

“China Energy” şirkəti ilə enerji saxlanc sistemləri üzrə əməkdaşlıq müzakirə…
►►►
İqtisadiyyat / Biznes

ABB-nin yeni müştərisi ol, pul hədiyyəsi və əlavə keşbek qazan

ABB-nin yeni müştərisi ol, pul hədiyyəsi və əlavə keşbek qazan  ABB mobile tətbiqində…
►►►