“GL” ASC-nin istiqrazlarının yerləşdirilməsi və Azərbaycan Respublikasının Mərkəzi Bankının 168 günlük notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

25 oktyabr 2023-cü il tarixində Bakı Fond Birjasında “GL” ASC-nin tədavül müddəti 5 il (1 il-360 gün) təqvim günü, nominal dəyəri 1,000 manat olan AZ2012020288 dövlət qeydiyyat nömrəli, 1,300,000 (bir milyon üç yüz min) manat həcmində olan, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır.

Hərrac zamanı 20 investor tərəfindən 20 sifariş təqdim edilmişdir. İstiqrazın illik faiz dərəcəsi 13%, faiz ödəniş dövrü isə hər ayda (1 ay -30 gün) bir dəfə təşkil edir.

Hərrac qiyməti 1,000 manat olan sifarişlərin nominal qiymətlə ümumi məbləği 1,156,000 manat təşkil etmişdir. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 1,156,000 manat təşkil etmişdir.

Yerləşdirmə üzrə anderrayter “INVEST-AZ İnvestisiya Şirkəti” QSC-dir.

Eyni zamanda 25 oktyabr 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2178024702 dövlət qeydiyyat nömrəli 20 milyon manat həcmində 168 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərracı zamanı 6 investor tərəfindən qiymət intervalı 9,626.2450 (8.32%) manat və 9637.9349 (8.05%) olan 6 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 33,190,000 manat olmuşdur.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9,633.6020 (8.15%) manat və orta ölçülmüş qiyməti isə 9,636.1018 (8.09%) manat olaraq müəyyən edilmişdir.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 20,000,000 manat təşkil etmişdir. 
Notların ödəmə tarixi 10.04.2024-cü ildir.