Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

21 noyabr 2023-cü il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Diskontlu, Dövlət Qısamüddətli İstiqrazları (DQİ) üzrə hərrac keçiriləcəkdir. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 10:00-dan 11:00-dək təşkil olunacaqdır.

İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:

Dövlət istiqrazının növüDiskontlu, qısamüddətli dövlət istiqrazları
Qiymətli kağızın ISIN koduAZ0101030101
Emissiya həcmi90 000 000 manat
Nominal dəyəri100 manat
İstiqrazların tədavül müddəti364  gün
Ödəmə tarixi19.11.2024
AnderrayterPaşa Kapital İŞ QSC

Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.

Bundan əlavə, hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi Emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminin 20%-dən aşağı olduğu təqdirdə, Emitent bu sifarişləri qəbul etməyə bilər. Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda isə, Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Tacikistanla ticarət dövriyyəsi 26 faizdən çox artıb

Tacikistanla ticarət dövriyyəsi 26 faizdən çox artıb Bu ilin yanvar-oktyabr aylarında…
►►►
İqtisadiyyat / Biznes

TDT-yə üzv dövlətlərin İKT....

TDT-yə üzv dövlətlərin İKT sahəsinin inkişafına dair Birgə Bəyannaməsi qəbul…
►►►
İqtisadiyyat / Biznes

VTB (Azərbaycan) vətəndaşlara öz biznesini açmağa kömək edib

Bu il VTB (Azərbaycan) ölkəmizin 8 vətəndaşına öz biznesini açmağa yardım edib. VTB…
►►►