ADY sədri “Stadler Rail Group” şirkətinin İdarə Heyətinin sədri ilə görüşüb

Bu gün “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmovla “Stadler Rail Group” şirkətinin İdarə Heyətinin sədri Peter Şpulerin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Görüşdə ADY ilə “Stadler Rail Group” arasında imzalanmış müqaviləyə əsasən dörd yeni sərnişin qatarının bu ilin sonunadək ölkəmizə çatdırılması, test edilməsi və istismara qəbulu, o cümlədən Bakıda fəaliyyətə başlayacaq və bütün növ “Stadler” markalı hərəkət tərkibinə xidmət göstərəcək Regional Servis Mərkəzinin layihələndirilməsi və inşası məsələləri müzakirə olunub.

Həmçinin “Stadler” markalı hərəkət tərkibinə xidmət göstərəcək yerli mütəxəssislərin və maşinistlərin hazırlanması barədə də danışıqlar aparılıb.

Qeyd edək ki, İsveçrənin “Stadler Rail Group” şirkətinə sifariş edilmiş daha altı sərnişin qatarının gələn il ərzində ölkəyə çatdırılması planlaşdırılır.

Əlaqədar məqalələr
Nəqliyyat / Logistika

Bakı aeroportunun sərnişin dövriyyəsi 5,3 milyonu ötüb

Bakı aeroportunun sərnişin dövriyyəsi 5,3 milyonu ötüb Bu ilin yanvar-noyabr ayları…
►►►
Nəqliyyat / Logistika

Azərbaycan və Çin dəmir yolları....

Azərbaycan və Çin dəmir yolları təşkilatları Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi…
►►►
Nəqliyyat / Logistika

Azərbaycanla sərhəddə Rusiyadan yük avtomobillərinin hərəkəti bərpa edilib

Azərbaycanla sərhəddə Rusiyadan yük avtomobillərinin hərəkəti bərpa edilib Bu gündən…
►►►