“Bu şəhərdə”nin “Yar Aşıq” adlı konserti baş tutdu

17, 18, 19 noyabr “Bu şəhərdə” “Yar Aşıq” adlı konsert proqramı ilə Heydər Əliyev Sarayının səhnəsində çıxış etdi.

Aparıcılığını Saleh Bağırovun etdiyi gecəni izləməyə gələnlər arasında incəsənət aləminin tanınmış simaları, ictimai xadimlər, qazilər, şəhid ailələri var idi. Respublikanın Əməkdar Artistləri Rafael İsgəndərov və Coşqun Rəhimov
bir-birindən maraqlı səhnəciklər nümayiş etdiriblər. Onların arasında – “Importnıy gəlin”, ” Atalar gəzintidə”, ” Panik Nikol Paşinyan”.

Rafael və Coşqunun Niyaməddin Musayev və Fərid Məmmədovun ” Dünya ” mahnısına musiqili parodiyası hamının zövgünə oxşadı.  “Çeşmə folklor ansamblı”, “Free life qrupu”, “Ritm rəqs qrupu”, ” Abidance show ” qrupların  çıxışları gecəyə xüsusi rəng qatdı.

Konsertin sonunda Rafael İsgəndərov ənənəyə sadiq qalaraq  Sirtuş Çölçəmənli obrazını canlandırdı. “Bu şəhərdə”nin “Yar Aşıq” konserti böyük anşlaqla keçdi.

Günel Həsənova


Əlaqədar məqalələr
City Life

Yelo Bank-ın “Yelaw Boot Camp” proqramının iştirakçıları seçildi

Yelo Bank-ın “Yelaw Boot Camp” proqramının iştirakçıları seçildi Yelo Bank…
►►►
City Life

CinemaPlus-da “Napoleon” filminin premyeradan öncə nümayişi keçirilib

CinemaPlus-da “Napoleon” filminin premyeradan öncə nümayişi keçirilib “28 Mall”…
►►►
City Life

Payız su şousu

Payız su şousu Bakı Dövlət Sirki Allahverdi İsrafilovun təşkilatçılığı ilə, yeni…
►►►