Azərbaycan Respublikasının Mərkəzi Bankının Notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

22, 23 noyabr 2023-cü il tarixlərində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir. Nəzərinizə çatdırırıq ki, hərrac zamanı sifarişlərin toplanması saat 11:00-dan 11:30-dək təşkil olunacaqdır.

Notların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:

Notun müddəti (gün)         ISIN  Hərrac tarixiHərraca çıxarılan məbləğ (manat)   Nomi nal  MiqdarNotun ödəniş  tarixi
168AZ218402470422.11.202320.000.00010.0002.00008.05.2024
252AZ218502470323.11.202320.000.00010.0002.00001.08.2024

Hərracda yalnız Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar iştirak edə bilər.

Hərrac zamanı bir bank tərəfindən 1 rəqabətli sifariş təqdim edilə bilər və təqdim ediləcək rəqabətli sifarişin həcminə məhdudiyyət tətbiq olunmur.

Hərrac zamanı iştirakçıların sayı 5-dən az olduqda hərrac baş tutmamış hesab ediləcəkdir.

Bağlanmış əqdlər üzrə hesablaşmalar T+0 rejimində həyata keçiriləcəkdir.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

NEQSOL Holding və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Anlaşma Memorandumu imzalayıb

NEQSOL Holding və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Anlaşma Memorandumu…
►►►
İqtisadiyyat / Biznes

4-cü qrant müsabiqəsinin nəticələri açıqlanıb

KOB subyektlərinin layihələrinin maliyyələşdirilməsi üçün elan edilmiş 4-cü qrant…
►►►
İqtisadiyyat / Biznes

Mərkəzi Bankının Qısamüddətli Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

Azərbaycan Respublikasının Mərkəzi Bankının 28 günlük Qısamüddətli Notlarının…
►►►