ABB-nin Hacıqabul filialı da yeni konseptdə quruldu

ABB-nin filiallarının transformasiyası layihəsi çərçivəsində Bankın Hacıqabul filialı da yenilənib. ABB-nin müasir konseptinə uyğun qurulmuş filial Hacıqabul şəhəri, İsmət Qayıbov küçəsində müştərilərin xidmətindədir.

Bizneslərin, eləcə də fərdi müştərilərin maliyyə xidmətlərinə olan ehtiyaclarının təmin edilməsi üçün burada hər cür şərait yaradılıb. Müştərilər Hacıqabul filialında müxtəlif növ kredit, kassa-hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, ödəniş kartlarının sifarişi, nağd valyuta ilə əməliyyatlar və s. bu kimi müxtəlif xidmətlərdən faydalana bilərlər.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/  rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Əlaqədar məqalələr
Energetikaİqtisadiyyat / Biznes

bp ilə əməkdaşlığın inkişafı müzakirə olunub

bp ilə əməkdaşlığın inkişafı müzakirə olunub İqtisadiyyat naziri Mikayıl Cabbarovun…
►►►
İqtisadiyyat / Biznes

Kapital Bank-dan nağd pul kreditini illik 10,9%-lə əldə edin

Kapital Bank-dan nağd pul kreditini illik 10,9%-lə əldə edin Kapital Bank-dan nağd pul…
►►►
İqtisadiyyat / Biznes

Birbank sahibləri may ayında 5,2 milyon manat keşbek əldə ediblər

Birbank sahibləri may ayında 5,2 milyon manat keşbek əldə ediblər Ölkənin ilk rəqəmsal…
►►►