ADY “Heydər Əliyev ili” çərçivəsində ağacəkmə aksiyası keçirib

“Azərbaycan Dəmir Yolları’’ Qapalı Səhmdar Cəmiyyəti (ADY) “Heydər Əliyev ili” çərçivəsində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən və qurumun balansında olan yaşıllaşdırma zolağında ağacəkmə aksiyası keçirib.

Aksiyada ADY və qurumun törəmə şirkətlərinin 100-dən çox əməkdaşı iştirak edib. Ümumi sahəsi 2 hektar olan ərazidə 1000 ədəd zeytun ağaçı əkilib. Yeni əkilmiş ağaclara aqrotexniki qulluq göstərilib, ağaclar suvarılıb və gələcək mühafizəsi məqsədilə zəruri tədbirlər görülüb.

Qeyd edək ki, Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı ADY tərəfindən tədbirlər planı təsdiq olunub və silsilə tədbirlərin keçirilməsinə start verilib. Tədbirlər planı çərçivəsində Ulu Öndərin təbiətin qorunması, ekoloji vəziyyətin yaxşılaşdırılması və təbii sərvətlərdən səmərəli istifadəyə çağrışları əsas götürülüb.

Əlaqədar məqalələr
City LifeTikinti

Rayon sakinlərinin gerçəyə çevrilən arzusu

Rayon sakinlərinin gerçəyə çevrilən arzusu Son illər ərzində yeni ev almaq…
►►►
Elm / TexnologiyaNəqliyyat / Logistika

İşğaldan azad olunmuş ərazilərə avtobus reyslərinə aprel ayı üçün biletlər satışa çıxarılacaq

İşğaldan azad olunmuş ərazilərə avtobus reyslərinə aprel ayı üçün biletlər satışa…
►►►
Nəqliyyat / Logistika

Bakı-Ağstafa-Bakı marşrutu üzrə ilk sürətli sərnişin qatarı yola düşdü

Bakı-Ağstafa-Bakı marşrutu üzrə ilk sürətli sərnişin qatarı yola düşdü Bu gün saat…
►►►