“ADY” QSC-nin sədri “TCDD Taşımaçılık” şirkətinin nümayəndə heyətini qəbul edib

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov ölkəmizdə səfərdə olan Türkiyə Dövlət Dəmir Yollarının “TCDD Taşımaçılık” şirkətinin nümayəndə heyətini qəbul edib.

Görüşdə Transxəzər Beynəlxalq Nəqliyyat marşrutu çərçivəsində birgə fəaliyyət proqramı, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə yük daşımalarının optimallaşdırılması məsələləri müzakirə edilib.