ADY sədri Özbəkistanın nəqliyyat sahəsi üzrə nümayəndə heyətini qəbul edib

Bu gün Azərbaycanda səfərdə olan Özbəkistan nəqliyyat nazirinin müavini Abdulsamat Muminovun rəhbərlik etdiyi nümayəndə heyəti  işgüzar səfər çərçivəsində ‘’ADY’’ QSC-də olub.

Nümayəndə heyətini qəbul edən ADY sədri R.Rüstəmov həyata keçirilən yerli və beynəlxalq layihələr haqqında geniş məlumat verib.

Görüşdə iki ölkənin dəmir yolları sahəsində əməkdaşlıq imkanları, Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi, o cümlədən  CASCA + multimodal nəqliyyat marşrutu çərçivəsində yeni əməkdaşlıq təklifləri nəzərdən keçirilib. Tərəflər 2023-cü ildə birgə fəaliyyət planı, o cümlədən “Özbəkistan- Türkmənistan-Azərbaycan-Gürcüstan’’ marşrutu üzrə yükdaşımalar, daşımaların növü  və  müvafiq tarif siyasətini müzakirə edib.