AZPROMO-da Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

İxracın və İnvestisiyaların Təşviqi Agentliyində – AZPROMO-da 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən AZPROMO-nun rəhbəri Yusif Abdullayev işğal edilmiş ərazilərimizin Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında azad olunması ilə nəticələnən 44 günlük Vətən müharibəsinin Azərbaycan tarixinin ən parlaq səhifələrindən olduğunu, xalqımızın qürur mənbəyinə çevrildiyini vurğulayıb, döyüşlər zamanı Azərbaycanın öz qüdrətini və gücünü bütün dünyaya nümayiş etdirdiyini, haqq-ədalətin bərpa olunduğunu, 30 ilə yaxın həsrətə son qoyulduğunu diqqətə çatdırıb, Agentliyin kollektivini qarşıdan gələn 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edib.

Daha sonra AZPROMO-da işlə təmin olunmuş Vətən müharibəsi iştirakçıları Şəfi Rüstəmbəyli və Cavidan İsgəndərli çıxış edərək döyüşlərlə bağlı xatirələrini danışıb, onlara göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər. Tədbirin sonunda Vətən müharibəsi iştirakçılarına xatirə hədiyyələri təqdim olunub.

Əlaqədar məqalələr
City LifeTikinti

Rayon sakinlərinin gerçəyə çevrilən arzusu

Rayon sakinlərinin gerçəyə çevrilən arzusu Son illər ərzində yeni ev almaq…
►►►
City Life

“PAŞA Bank” “Novruz sevinci 2023” xeyriyyə aksiyasına qoşulub

“PAŞA Bank” “Novruz sevinci 2023” xeyriyyə aksiyasına qoşulub Sosial məsuliyyətli…
►►►
City Life

Yelo Bank ağacəkmə aksiyasında iştirak etd

Yelo Bank ağacəkmə aksiyasında iştirak etdi Yelo Bank ekoloji sosial təşəbbüslərdə…
►►►