Azərbaycan “Beynəlxalq Yaşıl Həftə” sərgisində iştirak edəcək

Almaniyanın Berlin şəhərində 20-29 yanvar 2023-ci il tarixlərində “Beynəlxalq Yaşıl Həftə – 2023” (“International Green Week – 2023) qida, kənd təsərrüfatı və bağçılıq sərgisi keçiriləcək. Azərbaycan sərgidə İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı ilə “Made in Azerbaijan” vahid ölkə stendi ilə təmsil olunacaq.

Qeyd edək ki, Avropanın ən iri sərgilərindən hesab olunan “Beynəlxalq Yaşıl Həftə” 1926-cı ildən etibarən keçirilir. Hər il dünyanın 70-ə yaxın ölkəsindən 1 500-dən çox şirkətin və 5 000-dək media nümayəndəsinin iştirak etdiyi sərgi yarım milyona yaxın insan tərəfindən ziyarət olunur. 2023-ci ildə keçiriləcək növbəti sərgidə Azərbaycan 13-cü dəfə iştirak edəcək.

AZPROMO yerli sahibkarların sərgidə iştirakı ilə bağlı müraciətlərin qəbuluna başlayıb. Sərgidə iştirak etmək istəyən sahibkarlar aşağıdakı əlaqə vasitəsilə AZPROMO-ya müraciət edə bilərlər: 

Telefon: (+994 12) 598-01-47/48

E-mail: office@azpromo.az

Əlaqədar məqalələr
Made in Azerbaijan

Dəmir filizi mədənlərinin istismarı üzrə bir sıra uğurlar əldə edilib

Dəmir filizi mədənlərinin istismarı üzrə bir sıra uğurlar əldə edilib “AzerGold”…
►►►
İqtisadiyyat / BiznesMade in Azerbaijan

“AzerGold” QSC 2022-ci ildə rekord səviyyədə buruqqazma işi icra edib

“AzerGold” QSC 2022-ci ildə rekord səviyyədə buruqqazma işi icra edib “AzerGold”…
►►►
İqtisadiyyat / BiznesMade in Azerbaijan

“AzerGold” QSC-nin 2022-ci ildə satış gəlirləri artıb

“AzerGold” QSC-nin 2022-ci ildə satış gəlirləri artıb 2022-ci ildə “AzerGold”…
►►►