Daha 3 mikro və kiçik sahibkara “Startap” şəhadətnaməsi verilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən daha 3 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib. Bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 94-ə çatıb.

“Startap” şəhadətnamələri “Schoolplus” MMC-nin onlayn təhsil platforması, “Bağ evim” MMC-nin bağ evlərinin kirayəsi üzrə onlayn platforması, “Drakaris” MMC-nin “Yiğim” ödəniş sistemi layihələri üçün təqdim edilib.

“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edən sənəddir. 

Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı linkdən tanış olmaq olar: https://bit.ly/3LYdUkn 

Əlaqədar məqalələr
Energetikaİqtisadiyyat / Biznes

bp ilə əməkdaşlığın inkişafı müzakirə olunub

bp ilə əməkdaşlığın inkişafı müzakirə olunub İqtisadiyyat naziri Mikayıl Cabbarovun…
►►►
İqtisadiyyat / Biznes

Kapital Bank-dan nağd pul kreditini illik 10,9%-lə əldə edin

Kapital Bank-dan nağd pul kreditini illik 10,9%-lə əldə edin Kapital Bank-dan nağd pul…
►►►
İqtisadiyyat / Biznes

Birbank sahibləri may ayında 5,2 milyon manat keşbek əldə ediblər

Birbank sahibləri may ayında 5,2 milyon manat keşbek əldə ediblər Ölkənin ilk rəqəmsal…
►►►