Dünyanın ən qeyri-adi çayı
Kolumbiyada yerləşən Cano Cristales çayı hər il göy qurşağı rənglərinə boyanır. Çay bəzən çəhrayı, yaşıl, sarı və mavi rənglərdə axır. Bunun səbəbi olduqca maraqlıdır. 1989-cu ildə Kolumbiyalı jurnalist çayı kəşf etdi və sirrini açdı. BBC-nin səyahət yazıçısı Dylan Baddour bölgəyə gedərək, maraqlı məlumatlar əldə etdi. Görənləri təəccübləndirən çay.

Bogatanın 170 km cənubunda yerləşən qayalıq And dağları, Lianos ovaları və yamyaşıl Amazon Ormanlarının mərkəzi Kolumbiyanın Sierra de La Macarenanın uzaq vəhşi təbiətinə birləşir.
Şəffaf təbiətin biomüxtəlifliklə dolu ərazisinin cənubuna tərəf uzanan Guayabero Çayını izlədiğinizdə dünyanın ən möhtəşəm təbii gözəlliyini görəcəksiniz.
100 km uzunluğundakı Cano Cristales..Hər il göyqurşağı rəngində parıldayır
Xalq tərəfindən «5 Rəngin Çayı» olaraq adlandırılan Cano Cristales çayı “Cənnətə doğru irəliləyən çay”, “Axan göyqurşağı” kimi də tanınır.
Çayın davamlı dəyişən rəngləri fövqəladə qüvvələr və kolumbiyanın xüsusi sehiri kimi açıqlansa da, əslində iyun və noyabr ayları arasında reallaşan təbiətin bir möcüzəsidir.
Yaz və yay aylarında qısa müddətə də olsa rəngarəng açan “Alg” adlı bitki, çayı göyqurşağına bürüyür.
İl ərzində yosuna bənzər bu bitkinin tünd yaşıl rəngdə göründüyünü deyir. Ancaq yağış mövsümü gəldiyində və su səviyyəsi artdığı zaman, biraz da günəş işıqları çayın dibinə kimi çatdığında, bitki çay üzərini örtən bənövşəyi, çəhrayı, sarı və yaşıl rənglər halında yayılır.
Quraq mövsümlərdə isə sular çəkildiyindən algların mövcudluğu azalır. Kolumbiyanın yağışlı mövsümündə çayın suları sürətlə axarkən alglar rəng dəyişdirmir.
Yalnız sentyabr aylarında 2 və 3 həftə əlverişli şərtlərdə mümkünləşir və alglar rəngarəng bir görüntüyə sahib olur. Beləliklə ortaya göyqurşağı kimi bir mənzərə ortaya çıxır.



Cano Cristales çayına quruyolu ilə getmək demək olarkı imkansızdır. Çay təcrid olunmuş bir bölgədə yerləşir. Çaya getmək üçün La Macarena yaxınlığındakı qəsəbəyə gedmək lazımdı. Bu qəsəbədən çayın olduğu Serrania de la Macarena milli parkına qısa bir məsafədə çatmaq isə mümkündür.
Mənbə: Topic.az