“FAB Boya və Kimya Sənayesi” MMC

“FAB Boya və Kimya Sənayesi” MMC-nin inşaat boyalarının və həlledicilərin istehsalı ilə fəaliyyətə başladığı dövrdən artıq 21 il ötür. Bu illər ərzində rəqabətə davamlı məhsullar, möhkəm təməllərə bağlı tərəfdaşlıqlar, gərgin əmək və zəhmət sayəsində hazırda şirkət inşaat sektorunda Azərbaycanın ən məşhur brendləri sırasında ön pillələrdə yer almağının sevincini və qürurunu yaşayır.

KƏNAN MƏHƏRRƏMOV
Baş direktor

2001-ci ilin 24 aprelində “Faydasını alanlar bilər” şüarı ilə yola çıxan və boya istehsalına başlayan şirkət hazırda plastik borudan, alçı və yapışdırıcılara qədər müxtəlif təyinatlı inşaat məhsullarının istehsalçısı kimi tanınır. Ölkənin uğurlu sosial-iqtisadi tərəqqisi, sahibkarlara göstərilən yüksək dövlət qayğısı, qeyri-neft sənayesinin inkişafına yönələn tədbirlər, dövlət başçısı, cənab İlham Əliyevin innovativ texnologiyaların tətbiqinə əsaslanan istehsal, emal, infrastruktur sahələrinin yaradılması istiqamətində verdiyi tapşırıqlar yeni fabrik və zavodların istismara verilməsinə stimul oldu. “FAB BOYA” ilə yanaşı istehsal sahələri sırasına “Polimerlər”, “FABKİM”, “HİLL FAN” və “BEYAZ ALÇI” fabrikləri əlavə edilib. Eyni zamanda dünyanın ən məşhur inşaat brendlərinin Azərbaycandakı rəsmi distribüteri ünvanını qazanmışdır. “FAB BOYA” istehlakçılara ən yaxşı xidməti, ən yaxşı məhsulu təklif edərək, birlikdə qazanaraq, birlikdə böyüyüb.

İmzasını atdığı hər işdə, istehsal etdiyi məhsullarda, göstərdiyi xidmətlərdə hər zaman keyfiyyətə və birinciliyə önəm verir. Humanizm, sosial məsuliyyət, müştəri məmnuniyyəti işin əsas təməl prinsipləridir. Dürüstlük, ədalət prinsipləri ilə qurulan əməkdaşlıq əlaqələri, yenilikləri tətbiq etmək, milli-mənəvi dəyərlərə bağlılıq 21 illik fəaliyyət dövrünü işıqlandırır. Artıq keyfiyyətdə üstün, ekoloji cəhətdən təmiz məhsul istehsalı vərdişə çevrilib. Müəssisələr ən müasir tələblərə uyğun, ətraf mühitə zərər verməyəcək şəkildə qurulub. Məhsul və xidmətlər könüllərə xitab edir. Bütün bunların nəticəsidir ki, 2004-cü ildə İSO 9001:2000 Beynəlxalq Sertifikatına layiq görülüb. 2010-2020-ci illərdə ardıcıl “İlin Keyfiyyətli Boya Şirkəti” seçilib.

“FAB BOYA” 21 il ərzində sevincini, uğurunu, kədərini müştəriləri ilə birlikdə paylaşıb. “FAB” hər kəs tərəfindən sevilən və seçilən yerli markadır. Qarşıda həyata keçiriləcək ideyalar çoxdur. Hədəflər böyükdür. İstehlakçıların gözləntilərini maksimum səviyyədə qarşılamaq üçün əzmlə çalışır. Şirkət bu günlərə gəlməsində əməyi keçən bütün əməkdaşlarına, tərəfdaşlarına və etimad göstərib seçən məhsul istifadəçilərinə təşəkkürünü bildirir.


Əlaqədar məqalələr
Elm / TexnologiyaTikinti

“ArchiCO Academy”nin hazırladığı kadrlar istənilən beynəlxalq layihədə fəaliyyət göstərə bilərlər

“ArchiCO Academy”nin hazırladığı kadrlar istənilən beynəlxalq layihədə fəaliyyət…
►►►
City LifeTikinti

Rayon sakinlərinin gerçəyə çevrilən arzusu

Rayon sakinlərinin gerçəyə çevrilən arzusu Son illər ərzində yeni ev almaq…
►►►
Tikinti

Gənc şirkətin böyük uğurları

GƏNC ŞİRKƏTİN BÖYÜK UĞURLARI Son illər ərzində Azərbaycanda tikinti işlərinin…
►►►