Google-dan qatlanan smartfon – Pixel Fold

Google may ayının əvvəlində ilk qatlanan smartfonunu təqdim edəcək. Bu barədə öz Twitter səhifəsində insayder Con Prosser məlumat verib. Onun sözlərinə görə, Google Pixel Fold-un elanı mayın 10-da baş tutacaq. Google eyni gündə ilkin sifarişləri qəbul edəcək.