KOBİA Macarıstanda bir sıra görüşlər keçirib

Azərbaycan nümayəndə heyətinin tərkibində Macarıstanda səfərdə olan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bu ölkənin İxracın Təşviqi Agentliyində (HEPA) və Ticarət və Sənaye Palatasında görüşlər keçirib.

HEPA-nın baş direktorunun müavini Qabor Jenei ilə görüşdə Azərbaycan və Macarıstan biznes dairələrinin, xüsusilə də KOB-ların əlaqələndirilməsi tədbirlərinə və əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb. Macarıstanın Ticarət və Sənaye Palatasında keçirilmiş görüşdə isə ticarət əməliyyatları zamanı iş adamlarına dəstək göstərmək üçün KOBİA ilə əməkdaşlıq perspektivləri müzakirə edilib.

Səfər çərçivəsində KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycan Respublikası Hökuməti və Macarıstan Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 9-cu iclasında və Macarıstan-Azərbaycan biznes forumunda iştirak edib. 

Komissiyanın iclasındakı çıxışında KOBİA sədri Macarıstanın müvafiq qurumları və Agentlik arasında əməkdaşlığın vəziyyətinə, KOBİA-nın fəaliyyətinə dair məlumat verib.

Macarıstan-Azərbaycan biznes forumunda isə Orxan Məmmədov hər iki ölkənin biznes dairələri arasında əməkdaşlıq imkanlarına dair fikirlərini bölüşüb, KOBİA-nın hər iki ölkənin KOB-ları arasında lazımi əlaqələndirməni həyata keçirməyə hazır olduğunu vurğulayıb. Agentlik sədri KOBİA-nın dəstək və xidmətləri barədə məlumat verərək Agentliyin təcrübəsini Macarıstanla bölüşməyə hazır olduğunu bildirib. Qeyd olunub ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində xarici şirkətlər üçün perspektiv imkanlar mövcuddur. Bu ərazilərdə biznes qurmaq və investisiya yatırmaq istəyən xarici şirkətlərin müraciətləri arasında Macarıstan şirkətləri də əsas yerlərdən birini tutur. KOBİA Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə investisiya qoymaq istəyən sərmayədarlara dəstək göstərməyə hazırdır.

Əlaqədar məqalələr
Energetikaİqtisadiyyat / Biznes

bp ilə əməkdaşlığın inkişafı müzakirə olunub

bp ilə əməkdaşlığın inkişafı müzakirə olunub İqtisadiyyat naziri Mikayıl Cabbarovun…
►►►
İqtisadiyyat / Biznes

Kapital Bank-dan nağd pul kreditini illik 10,9%-lə əldə edin

Kapital Bank-dan nağd pul kreditini illik 10,9%-lə əldə edin Kapital Bank-dan nağd pul…
►►►
İqtisadiyyat / Biznes

Birbank sahibləri may ayında 5,2 milyon manat keşbek əldə ediblər

Birbank sahibləri may ayında 5,2 milyon manat keşbek əldə ediblər Ölkənin ilk rəqəmsal…
►►►