KOBİA və IFC arasında Dövlət-Özəl Sektor Tərəfdaşlığına dair fikir mübadiləsi aparılıb

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Azərbaycandakı nümayəndəsi Aliyə Əzimova və təşkilatın Dövlət-Özəl Sektor Tərəfdaşlığı üzrə eksperti Filip Drapak ilə görüşüb. 

Görüşdə Dövlət-Özəl Sektor Tərəfdaşlığı sahəsində birgə əməkdaşlığa, KOB-ların iştirakı ilə bu sahədə layihələrin maliyyələşdirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb.