Məmnunluq və Güvənc

Keyfiyyətli materiallardan istifadə etməklə yüksək standartlara cavab verən bir işin etibarlı, ixtisaslaşmış şirkət tərəfindən görülməsi həmin icracı şirkətin peşəkarlığını təsdiqlətməklə yanaşı, sifarişçinin daha möhkəm, etibarlı infrastruktur qurmasına təminat verir, onun gələcək işlərini bu infrastruktura güvənərək problemsiz planlaşdırmasına şərait yaradır. Bu gün tərəfdaşların tam güvənə biləcəyi şirkətlərdən biri də “NABUCCO A&C”dir. Bu şirkət özünü təkcə Azərbaycan bazarında təsdiqlətməyi bacarmayıb, onun layihələri ilə hətta bir sıra ölkələr də maraqlanıb və onları özlərinin tərəfdaşı kimi görüblər.

Kamaləddin Mənsimov
“NABUCCO A&C” şirkətinin direktoru

“NABUCCO A&C”nin işlərinə yalnız Azərbaycan daxilində deyil, Avropada da yüksək dəyərin verilməsinin nəticəsidir ki, o, keyfiyyətinə görə ən üst səviyyəli İsveç brendinin – “ASTRON Buildings” şirkətinin təmsilçisi olmağa nail olub. Şirkət sənayə, kənd təsərrüfatı və kommersiya təyinatlı tam komplektli hermetik polad binaların layihələndirilməsi, istehsalı, çatdırılması və quraşdırılmasını yüksək səviyyədə həyata keçirir. Layihələrinin sifarişçilərdə hər zaman məmnunluq yaratdığı “NABUCCO” şirkətinin gördüyü işləri fərqləndirən cəhətlərin ən əsası onun elmin ən son innovasiyalarından istifadə etməsidir. İstifadə etdiyi bəzi texnologiyalar ölkəmiz üçün bir ilkdir. İnşa etdiyi binaların zəlzələyə davamlı olması, LMR 600 adlı şurupsuz, qatlanılan və üzən dam örtüyü panellərinin temperatura uyğun olaraq hərəkət etməsi (genişlənməsi və yığılması) şirkətin layihələrini fərqləndirən başlıca xüsusiyyətlərdəndir. Bu panellər xüsusi avadanlıq vasitəsilə 3 dəfə qatlanaraq tikilir. Şirkətin istifadə etdiyi divar panelləri də 50 il qalsa belə, paslanmır, rəngini dəyişmir. Bu panellər təmirə və dəyişdirilməyə ehtiyac olmadığı üçün ondan istifadə maliyyə baxımından olduqca sərfəlidir. Şirkət binaların layihələndirilməsindən çatdırılmasına qədər bütün mərhələləri icra edərək vahid mərkəzli inşaat sisteminə malikdir.

“NABUCCO”nun layihələrində yeni texnologiyalardan geniş istifadə edildiyindən yüksək ixtisaslı mütəxəssis hazırlığının təmini önəmli də rol oynayır. İşin hər mərhələsinin keyfiyyətli icra etməyi qarşısına məqsəd qoyan şirkət layihələrin peşəkar mütəxəssislər tərəfindən icra edilməsi üçün kadr hazırlığına xüsusi əhəmiyyət verir. Şirkətin mütəxəssislərinin bacarıqlarının dəyərləndirilməsi və artırılması üçün onlara hər il ərzində iki dəfə “ASTRON Buildings” şirkətinin əməkdaşları tərəfindən ixisasartırma təlimləri keçirilir. Təlimlərin sonunda işçilər test imtahanları verirlər və imtahandan uğurla keçən əməkdaşlar sertifikatla təltif olunaraq növbəti layihələrə cəlb olunulur. Bir layihənin icrası dövründə “ASTRON Buildings” şirkətinin mütəxəssisləri ən az iki və ya üç dəfə tikinti sahəsində nəzarət – yoxlama işləri aparırlar. Bununla yanaşı, “NABUCCO” şirkəti keyfiyyətin idarə olunması sistemi ISO 9001:2015 üzrə də sertifikatlaşdırılıb. “NABUCCO” şirkətinin həyata keçirdiyi layihələri fərqləndirən cəhət həm də onun sonadək izlənilməsidir. Məhz bunun nəticəsidir ki, indiyədək “NABUCCO” ilə əməkdaşlıq edən layihə sifarişçilərinin heç bir görülən işin keyfiyyətindən narazı qalmayıblar. Sifarişçini məmnun salan əsas amil isə şirkətin həm mükəmməl layihələndirmə işləri aparması, həm çox keyfiyyətli materiallardan istifadə etməsi, həm də keyfiyyətli servis xidmətlərinin göstərilməsidir. Layihələri təhvil verdikdən sonra onun servisini də həyata keçirən “NABUCCO” inşa etdiyi binalara 20 il, suyun dammaması üçün quraşdırdığı sistemə isə 10 il təminat verir.

“NABUCCO”nun bir layihənin tikintisində istifadə etdiyi materiallar fərqli-fərqli zavodların məhsulları olmur. Şirkət yalnız keyfiyyətə təminat verən “Astron” şirkətinin məhsullarından istifadə edir. Üç ölkədə istehsalat müəssisəsi olan “Astron” şirkətinin məhsulları Azərbaycana Rusiyadakı zavoddan idxal edilir.

“NABUCCO”nu seçənlər yalnız keyfiyyətin yüksəkliyinə görə üstünlük qazanmırlar, onlar həm də sonrakı xərclərini azaldırlar. Sahibkarlar öz layihələrini “NABUCCO”ya etibar etməklə, həm istehsal və təmir xərclərinə, həm də gələcək xərclərinə qənaət edirlər. Məsələn, “NABUCCO”nun tikdiyi anbardan istifadə edən sahibkarlar daxili temperaturun sabit saxlanılması üçün işlədilən elektrik enerjisinə illik 26,7% qənaət edirlər. Bundan başqa, şirkətin “məhsulu” olan anbarlarda bünövrənin qurulması xərclərinə 25%-dək qənaət edilir. Yeri gəlmişkən qeyd edək ki, infrastrukturun qurulması və yenilənməsini daim prioritet məsələ sayan Azərbaycan üçün bu gün gündəmdə olan ən əsas məsələlərdən biri erməni işğalından azad edilən və infrastrukturu yerlə-yeksan edilən rayon və şəhərlərimizdə tam yeni infrastrukturun qurulmasıdır. Layihələri ilə iqtisadiyyatın inkişafına töhfə verən, inşaat sektorunun canlanmasına xüsusi rol oynayan “NABUCCO” azad edilən torpaqlarımızda infrastruktur layihələrinin həyata keçirilməsində də iştirak etməyə hazırdır.

Aylin QİSMƏTLİ

Əlaqədar məqalələr
City LifeTikinti

Rayon sakinlərinin gerçəyə çevrilən arzusu

Rayon sakinlərinin gerçəyə çevrilən arzusu Son illər ərzində yeni ev almaq…
►►►
Elm / TexnologiyaTikinti

“ArchiCO Academy”nin hazırladığı kadrlar istənilən beynəlxalq layihədə fəaliyyət göstərə bilərlər

“ArchiCO Academy”nin hazırladığı kadrlar istənilən beynəlxalq layihədə fəaliyyət…
►►►
İqtisadiyyat / BiznesROCKVELL BOSS

Müasir suvarma sistemləri: keyfiyyət və qənaət

Müasir suvarma sistemləri: keyfiyyət və qənaət Bəzi yerləri istisna olunmaqla…
►►►