
Mikro kreditlər üzrə mütəxəssis
Tələblər:
- Ali maliyyə/iqtisadi təhsil;
- Əsas bank prosedurları (risklər, girovlar) haqqında biliklər;
- Mikrokredit sahəsində ən azı 1 il iş təcrübəsi;
- Azərbaycan və rus dillərini bilmək;
- Ünsiyyətcillik.
Vəzifələr:
- Mikro sahibkarların axtarışı və cəlb edilməsi;
- Çarpaz satışların həyata keçirilməsi;
- Mövcud müştəri bazası ilə işləmə bacarığı
- Potensial müştərilərin fəaliyyət sahələrinə baş çəkmək və bank məhsulları haqqında məlumatlandırmaq;
- Maliyyə təhlili aparmaq bacarığı.
Birbaşa satışlar şöbəsinin kiçik mütəxəssisi
Tələblər
- Təhsil: orta ixtisas
- səlis danışıq (Azərbaycan, Rus);
- işgüzar ünsiyyət və danışıqların aparılmasının fənd və metodları;
- ünsiyyət qurma bacarığı;
- MS Office: təcrübəli istifadəçi
Vəzifələri
- bank məhsulları və xidmətlərinin satışını təşkili və idarə edilməsi;
- kəmiyyət və keyfiyyət parametrləri baxımından müəyyən edilmiş plan hədəflərinin icrasına yönəlmiş tədbirlərin həyata keçirilməsi;
- Bankın tərəfdaşları olan müəssisələrə müntəzəm səfərlər etmək;
- bank məhsullarını tanıtmaq üçün telefon danışıqlarının aparılması;
- əlaqələri gücləndirmək, əməliyyat və digər xidmətlərin keyfiyyətini yoxlamaq üçün vaxtaşırı görüşlər keçirmək;
- sənədlərin və təqdimat materiallarının hazırlanması;
- Rəhbərlik tərəfindən sorğu göndərildikdə, müvafiq hesabatların zəruri formada hazırlanması və təqdim edilməsi
Kiçik biznesin müştəriləri ilə iş şöbəsinin baş mütəxəssisi
Tələblər:
- Ali təhsili (Maliyyə və ya iqtisadiyyat sahəsi üzrə arzuolunan);
- müvafiq sahədə ən azı 2 il iş təcrübəsi;
- analitik düşüncə;
- yüksək kommunikasiya və təqdim etmə bacarığı.
- rus dili biliyinin olması arzu olunandır.
Vəzifələri:
- Korporativ müştərilərin axtarışı və cəlb edilməsi;
- çarpaz satışların həyata keçirilməsi;
- bank tərəfindən müəyyən edilmiş satış hədəflərinin icrası;
- yeni səmərəli satış kanallarının müəyyən edilməsi və müştəri bazasının inkişaf etdirilməsi;
- istiqamətində təkliflərin verilməsi;
- müştərilərdən daxil olan sorğu, şikayət və pretenziyalara baxılması və onların tənzimlənməsi istiqamətində zəruri dəstəyin həyat keçirilməsi;
- verilmiş kreditlərin keyfiyyətinə müvafiq nəzarətin təşkili.
- maliyyə təhlili üçün tələb olunan sənədlərin toplanması üzrə Müştəri ilə işin təşkili.
İctimaiyyətlə əlaqələr üzrə baş mütəxəssis
Tələblər:
- Мarketinq, jurnalistika, filologiya və ictimaiyyətlə əlaqələr ixtisasları üzrə ali təhsil;
- maliyyə qurumlarında PR sahəsində iş təcrübəsi;
- təsiredici marketinq, korporativ marketinq, CSR, KIV-lə əlaqələr və hadisələrin idarəçiliyi sahəsində geniş biliklər;
- Azərbaycan, rus dillərini mükəmməl bilmə (İngilis dili arzuolunandır);
- natiqlik bacarığı;
- savadlı şifahi və yazılı nitq.
Vəzifələr:
- Кommunikasiya sahəsində işin təşkili: ictimaiyyətlə əlaqələrə və şirkətin imicinə təsir edən istənilən məsələlərin həlli;
- şirkət haqqında müxtəlif yazıların dərcinin təşkili, xəbər və press-relizlərin yazılması və onların KİV-də yayılması, təqdimatlar və mətbuat konfranslarının keçirilməsi;
- tədbirlərin təşkili və keçirilməsi, o cümlədən sosial tədbirlər;
- şirkətin nüfuzunu təhdid edən münaqişə vəziyyətlərinin həlli, istehlakçıların şikayətlərinin cavablandırılması;
- məqalələrin, press-relizlərin, xəbərlərin, müsahibələrin və rəsmi məlumatların yazılması və KİV və şirkətin saytında yerləşdirilməsi;
- sosial media qurumları ilə iş (SMM);
- şirkətin brendinin bazarda tanıdılması;
- fəaliyyət üzrə hesabatların hazırlanması