Müalicənin effektiv olması üçün fizioterapiyalarla yanaşı aparılmalıdır

“Əgər həkimin tövsiyyələrinə, istirahət etməsinə, dərman müalicələrinə baxmayaraq xəstənin şikayətləri davam edirsə, fizioterapiya başlanması faydalı ola bilər”.

Bunu fizioterapiyanın əhəmiyyətindən danışan Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının təsisçisi və baş həkimi, həkim-terapevt, ailə həkimi Nərminə Abbasova deyir.

O bildirir ki, fizioterapiya bütün növ onurğa fəqərəarası disk yırtıqlarının müalicəsində istifadə olunan ən təsirli və zərər verməyən bir müalicə üsuludur. İxtisaslaşmış mütəxəssislər tərəfindən icra olunduqda fizioterapiyanın hər hansı bir əks təsirləri olmur:

“Adətən gündə bir seans tətbiq olunur. Ancaq gündə iki seansla daha tez müsbət nəticə almaq mümkündür. Xəstəliyin dərəcəsinə görə seans sayı tənzimlənir. Fizioterapiya kursu əsasən 21 seansdır. Fizioterapiyadan sonra soyuqdan qorunmaq lazımdır, çünkü soyuq hava cərəyanı əzələlərdə gərginliyə və dolayısı ilə ağrıya yol açar. Sadəcə fizioterapiyadan sonra deyil, hər zaman soyuqdan və hava cərəyanından uzaq durulmalıdır. Fizioterapiya sonrası 15-20 dəqiqə istirahət etmək, anidən soyuq hava ilə təmas etməmək, xüsusilə də boyun nahiyəsindəki oynaq və əzələləri ən azından bir dəsmalla, ya da boğazlı paltarla qorumaq faydalıdır”.

Həkim-terapevt masaj müalicəsinin də xəstələr tərəfindən çox tərcih edilən bir yöntəm olduğunu ifadə etdi. Ancaq onu da nəzərə çatdırdı ki, doğru bir şəkildə və mütəxəssislər tərəfindən icra edildiyində yardımçı bir müalicə metodu olaraq istifadə olununması tövsiyə edilir:

“Rahatladıcı, əzələ spazmını və ağrını azaldıcı təsiri var. Ancaq masaj müalicədə təkbaşına yetərli deyil. Müalicənin effektiv olması üçün fizioterapiyalarla (səthi və dərin qızdırıcılar, elektrik axımları) birlikdə icra olunması məsləhət görülür. Yayğın olaraq istifadə olunan metodlardan biri akupunkturadır. Akupunktura da artıq bir fizioterapiya növü olaraq qəbul edilməkdədir. Daha çox ağrının aradan qaldırılmasında effektivdir. Ağrının çox şiddətli olduğu hallarda icra oluna bilir. Digər fizioterapiya yöntəmləri ilə birlikdə istifadə olunarsa, çox müsbət nəticələr alınar. Fizioterapevtik müalicələr sırasında ilk bir neçə gün ağrılarda artma ola bilər, buna baxmayaraq xəstə həkimin məsləhət bildiyi şəkildə müalicəsini davam etdirməlidir”.

Nərminə xanımın sözlərinə görə, fizioterapiyaya gələn xəstə ilk olaraq müayinə edilir, bundan sonra nevropatoloq, neyrocərrah, ortoped-travmatoloq, fizioterapevtin birgə rəyi əsasında prosedurlar təyin olunur:

“Müalicə planına uyğun olaraq fizioterpiya ilə birlikdə xəstəyə müalicə idmanı və gündəlik davranışa aid tövsiyələr verilir. Fizioterapik prosedurlar həkimin hər xəstəyə özəl olaraq tərtib edilmiş müalicə proqramına əsasən fizioterapevt tərəfindən təyin edilir. Səthi və dərin olmaqla iki növ istilik prosedurları var. Səthi isidicilərə istilik paketləri (Hot Pack), parafin, infraqırmızı şüalar, termal palçıqlar aiddir. Dərin isidicilərə isə ultrasəs dalğa, qısa dalğa terapiyası aiddir”.

Həkim terapevt eyni zamanda isti prosedurların ağrıkəsici təsiri olduğunu, damarları genişləndirərək qan dövranının artmasını təmin etdiyini də qeyd etdi. Beləliklə, zədələnmiş toxumaların yaxşılaşmasını və özünü bərpa etməsini sürətləndirir. Həkimin sözlərinə görə, oynaqlarda qırıq, ağrı, hərəkətsizlik kimi səbəblərlə əlaqədar sərtləşən toxumaların həyati qabiliyyətlərini artırır və eləcə də, əzələ spazmını azaldır.

Söhbət zamanı müsahibimiz fizioterapiyaya gələrkən diqqət ediləcək məqamları önə çəkib:

“Seanslarınıza vaxtında gəlin, dəyişiklikləri həkiminizə əvvəlcədən bildirin. Müalicədən tam olaraq fayda görə bilməyiniz üçün seanslara ardıcıl olaraq gəlməniz labüddür.

Prosedura gələrkən rahat paltar geyinməyiniz vacibdir.

Digər mövcud olan xəstəliklərinizi (təyziq, ürək, şəkər, hamiləlik, bədəndəki metal və protezləri, ürək pili, infeksion xəstəlikləri) ilk seansdan əvvəl mütləq bildirin.

Fizioterapiya zamanı üzərinizdəki metal əşyaları çıxartmalısınız.

Fizioterapiya sonrası normal gündəlik işlərinizi edə bilərsiniz, xüsusi bir qorunmaya və ya istirahətə ehtiyac yoxdur. İstirahət yalnızca xəstəliyinizin durumuna görə həkiminiz tərəfindən tövsiyə olunarsa edin.

Tövsiyə olunan idman hərəkətlərini mütləq ardıcıl olaraq icra edin”.

Nərminə xanım onu da vurğuladı ki, manual (əllə) terapiya mexaniki boyun ağrıları, əzələ spazmları, kontrakturalar, baş ağrıları, miqren, onurğa bloklarında müsbət nəticələr verə bilir. Onun sözlərinə görə, boyun yırtıqlarında bu müalicə metodunun tətbiqinin həkim icazəsi olmadan icra edilməsi tövsiyə olunmur.

Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207 ünvanında yerləşən MayoMed klinikasına təşrif buyura,
(012) 464 86 93, (012) 464 86 94, (012) 464 86 95 şəhər nömrələrinə müraciət edə və ya (051) 866 02 20, (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.

Əlaqədar məqalələr
Book CafeSağlamlıq / Gözəllik

Gözəllik sektorunun nəhəngləri – Revlon, Estee Lauder, Loreal

Gözəllik sektorunun nəhəngləri – Revlon, Estee Lauder, Loreal Gözəllik sektoruna aid…
►►►
ROCKVELL LADYSağlamlıq / Gözəllik

"Düzgün müalicə düzgün diaqnozdan başlayır"

“Düzgün müalicə düzgün diaqnozdan başlayır” Müraciət vaxtında edilərsə…
►►►
Book CafeSağlamlıq / Gözəllik

Bayat yeməklər insan orqanizmində fəsadlar yarada bilər

Bayat yeməklər insan orqanizmində fəsadlar yarada bilər Bayram süfrəsini hər kəs zəngin…
►►►