Qətərdə Azərbaycan Ticarət Evi açılıb

Qətərin paytaxtı Doha şəhərində Azərbaycan Ticarət Evi fəaliyyətə başlayıb. Ticarət Evi Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilati dəstəyi ilə yaradılıb.

Azərbaycan Ticarət Evi yerli məhsullarımızın Qətər bazarında daha çox tanıdılmasına, ixracının təşviqi və genişləndirilməsinə dəstək göstərəcək, sahibkarlar arasında əlaqələri gücləndirəcəkdir.