Qeyri-əhali abonentləri üçün istilik və isti su sayğaclarının quraşdırılması işlərinə başlanılıb

“Azəristiliktəchizat” ASC istehsal və əməliyyat səməriliyini artırmaq, uçot sistemini təkmilləşdirmək, həmçinin istilik enerjisindən səmərəli istifadəni stimullaşdırmaq və fəaliyyətini müasirləşdirmək məqsədilə istilik və isti su sayğaclarının quraşdırılması işlərinə başlamışdır.

Bu məqsədlə ilkin olaraq 60 istilik sayğacının satınalınması prosesi yekunlaşdırılmış və   pilot layihə çərçivəsində  qeyri-əhali abonentləri üçün quraşdırılması təmin ediləcəkdir. Layihə nəticəsində  istilik və isti su məqsədləri üçün istilik enerjisinin  istehsalının və çatıdırlmasının resurs və maliyyə tələbi daha dəqiq müəyyən olunacaq, xidmət keyfiyyətinin yüksəldilməsi, istehsal prosesinin daha səmərəli təşkili təmin edilməklə, istehlakçı məmnunluğunun   artırılması üçün əsaslı zəmin yaradılması mümkün olacaqdır.

Bundan başqa, isti su təchizatının sayğaclaşdırılması ilə bağlı əlavə tədbirlər görülməkdədir və mövcud isti su sayğaclarının yenilənməsi üçün Azərbaycanda yeganə yerli sayğac istehsalçısı olan “Gəncə Cihazqayırma zavodu” ASC ilə qanunvericiliyə uyğun olaraq 3500 ədəd  isti su sayğacının alınmasına dair müqavilə imzalanıb və artıq sayğacların yenilənməsi işlərinə başlanmışdır.

Hazırda istilik sayğacları quraşdırılmadığı hallarda istilik təchizatı xidmətləri əhali istehlakçıları üçün mənzilin 1 kvadrat metr  yaşayış sahəsinə görə, qeyri əhali istehlakçıları üçün binanın 1 kub metr tikinti həcminə  görə Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 24 noyabr 2011-ci il tarixli 04 nömrəli qərarına əsasən  müəyyən etdiyi tariflərlə hesablanır.

Əlaqədar məqalələr
Energetika

“AzərEnerji” su qıtlığına görə tədbirlərini genişləndirir

“AzərEnerji” su qıtlığına görə tədbirlərini genişləndirir Dəniz və çaylarda…
►►►
Energetika

Novxanıda SOCAR brendli yeni yanacaqdoldurma stansiyası istifadəyə verilib

Novxanıda SOCAR brendli yeni yanacaqdoldurma stansiyası istifadəyə verilib “Aİ-92”…
►►►
Energetika

Rövşən Nəcəf İslam İnkişaf Bankı qrupunun prezidenti ilə görüşüb

Rövşən Nəcəf İslam İnkişaf Bankı qrupunun prezidenti ilə görüşüb (FOTO) 2023-cü il…
►►►