Rayon sakinlərinin gerçəyə çevrilən arzusu

Son illər ərzində yeni ev almaq istəyənlərin əsas arzusu sahib olacağı mənzilin yeni tikilən müasir yaşayış komplekslərində yerləşməsidir. Bakı, Sumqayıt, Gəncə şəhərləri, Abşeron rayonu yeni tikililərin ən çox inşa edildiyi və mənzil fondu bol olan ərazilər sayıldığından burada yaşayanlar sərfəli şərtlərlə mənzil seçimi baxımından ciddi bir problemlə üzləşmirlər.

Lakin rayonlarda yeni tikililərin sayının azlığı, mənzil fondunun olduqca məhdud çərçivədə olması, üstəlik mövcud mənzillərin çox sərfəli olmayan şərtlərlə, baha qiymətə satılması rayon sakinlərinin yeni tikililərdə mənzil almasında çətinliklər yaradır. Böyük şəhərlərdən başqa, digər şəhər və rayon sakinləri riskli ödəyici sinfinə aid olduğundan banklar da öz maddi imkanı hesabına nağd olaraq mənzil ala bilməyən rayon sakinlərinə ipoteka ilə mənzil verməyə maraq göstərmirlər.

Məsələnin digər tərəfi budur ki, rayonlarda alıcılıq qabiliyyəti aşağı olduğundan məqsədi yalnız gəlir əldə etmək olan sahibkarlar da bu sahəyə investisiya yatırmaqdan çəkinirlər. Bu, sonda mənzil fondunun yaradılmasına ciddi şəkildə ehtiyac duyulan rayonlarda problemin həllinə imkan vermir, rayon sakinlərinin isə müasir yaşayış komplekslərində mənzil almaq arzusunu yarıda qoyur.

Ancaq artıq Azərbaycanın şimal rayonlarında yaşayanlar bu arzularını reallaşdıra bilərlər. Xaçmaz, Şabran və Siyəzən rayonlarında salınan və ya salınacaq yaşayış kompleksləri bu bölgədə sakinlərə olduqca səmərəli şərtlərlə mənzil təklif edən ilk yaşayış kompleksləri olacaq.

Sifarişçisi “Region – M” MMC olan bu yaşayış komplekslərinin tikinti və layihələndirmə işlərini “ArchiCO” MMC və “ArchiCO Project” şirkətləri, mənzillərin satışını isə “Region – M” MMC həyata keçirir. Bu yaşayış komplekslərini digərlərindən fərqləndirən ən əsas cəhət onların olduqca güzəştli, cəlbedici şərtlərlə satılmasıdır.

Artıq Xaçmaz rayonunda belə şərtlərlə mənzil təklif edən müasir bir yaşayış kompleksinin tikintisi başa çatdırılıb. Sakinlərə çox əlçatan şərtlər təklif edildiyindən kompleksdəki mənzillərin alışına maraq çoxdur. Xaçmazda tikintisi başa çatdırılmış 227 mənzildə artıq sakinlər məskunlaşıb, istifadəyə verilmiş mənzillər tam olaraq qaz, su və elektrik enerjisi ilə təmin edilib. Xaçmazda əlavə olaraq, iki yeni yaşayış kompleksinin salınması nəzərdə tutulur.

Hazırda Siyəzəndə müasir yaşayış kompleksinin – Gənclik qəsəbəsinin salınması üçün layihələndirmə işləri aparılır.

Yol qovşağına yaxın olan yaşayış kompleksi Bakıdan təxminən 100 km, Sumqayıtdan 75 km məsafədə yerləşdiyi üçün burada yaşayanlar maksimum 1 saata Bakıya və daha az zamanda isə Sumqayıta çata bilərlər.

Layihənin reallaşdırılması üçün rayon icra hakimiyyətinin dəstəyi ilə Siyəzənin kənar hissəsində böyük bir ərazi ayrılıb. Yaşayış kompleksinin şəhər mərkəzindən kənarda olması ondan təkcə Siyəzən sakinlərinin deyil, ətraf ərazilərin sakinlərinin də faydalanmasına imkan verəcək. Siyəzən, eləcə də Xızı və Şabranın dənizətrafı kəndlərində yaşayanlar tərəfindən böyük maraqla qarşılanan bu layihənin icrası üçün hazırda tikinti işləri aparılır. İlk mərhələdə 60 mənzilin, ikinci mərhələdə 300 mənzilin inşası planlaşdırılıb. Hazırda 60 mənzilin tikintisi ilə yanaşı, onların satış işləri də həyata keçirilir. Layihənin birinci mərhələsi təxminən 12 aya yekunlaşacaq. Bu isə o deməkdir ki, 1 ildən sonra Gənclik qəsəbəsinin ilk sakinləri mənzil sevinclərini öz evlərində yaşaya biləcəklər.

Gənclik qəsəbəsində tikilən 1 otaqlı evlərin qiyməti 30000, 2 otaqlı evlərin qiyməti 36000, 3 otaqlı evlərin qiyməti 58000 manatdır. Evi nağd ala bilməyənlər üçün aşağı faiz dərəcəsi ilə ipoteka şərtləri də təqdim edilir. Mənzilləri cəmi 8 faiz dərəcəsi ilə 3, 5 və 10 illik daxili ipoteka ilə əldə etmək mümkündür. Alıcılar bir otaqlı təmirsiz ev üçün aylıq ödənişlərinin məbləği təxminən 350, iki otaqlı ev üçün aylıq ödənişlərinin məbləği 380, təmirli bir otaqlı ev üçün aylıq ödənişlərinin məbləği 489, iki otaqlı ev üçün aylıq ödənişlərinin məbləği 570 manatdır. Təmirli və təmirsiz olmasından asılı olaraq, mənzil alışı üçün tələb olunan ilkin ödənişin məbləği də olduqca az – cəmi 4500-7000 manatdır.

Mənzilin 1 kvadrat metrinin qiyməti ƏDV də daxil olmaqla 600 manatdır. Bu yaşayış kompleksindən mənzil almağın digər üstünlüyü alıcının “ƏDV geri al” layihəsindən istifadə edə bilməsidir. Evlərin dəyərinin müəyyən hissəsinin ƏDV formasında alıcıya geri qaytarılması mənzilin qiymətinin hiss edilən dərəcədə enməsinə təsir göstərərək onun demək olar ki, elə “maya dəyəri” qiymətinə satılmasına səbəb olur. Belə ki, yeni mənzilə sahib olan alıcı mənzilinin hər kvadrat metri üçün 30-35 manat az pul ödəmiş olacaq.

Bundan başqa, Bakıda mənzillərin sahəsi hesablanarkən divarlar nəzərə alındığı halda, bu yaşayış komplekslərində sahələr divardan divara prinsipi ilə hesablanır. Misal üçün, Siyəzəndə təqdim ediləcək sahəsi 50 kv/m. olan ev Bakı şəhərində 65 kv/m. kimi satılır.

Əslində, yuxarıda qeyd edilən şərtlər kommersiya fəaliyyəti göstərən tikinti şirkətlərinin çoxu üçün maraqlı deyil. Lakin binaların sifarişçisi olan “Region – M” MMC öz mənfəətinin bu şərtlər səbəbindən azalmasını nəzərə almayaraq, rayon sakinlərinin güzəştli şərtlərlə mənzil sahibi ola bilməsini özü üçün daha prioritet hesab edir.

Mənzillərin satış şərtləri aztəminatlı ailələrin büdcələrinə uyğun olsa da, onların satışı ilə bağlı heç bir məhdudiyyət yoxdur. Siyəzəndə mənzil sahibi olmaq istəyən istənilən şəxs bu yeni yaşayış kompleksindən ev ala bilər.

Mənzillərin satışı tam rəsmi qaydada həyata keçirilir. Satışlar zamanı ödəmələrin hamısı yalnız bank yolu ilə həyata keçirilir, nağd şəkildə heç bir vəsait qəbul edilmir.

Xaçmaz, Siyəzən və Şabranda salınan yaşayış komplekslərinin üstünlüklərindən biri onların xaotik şəkildə yaradılmaması, inşa işləri zamanı sakinlərin rahatlığı üçün hər bir kiçik detalın nəzərə alınmasıdır. Bakıdakı yaşayış komplekslərindən fərqli olaraq, 9 və 5 mərtəbəli binalardan ibarət olan bu yaşayış komplekslərinin daha geniş ərazisi – həyətində idman və futbol meydançası, çox yaxın ərazidə məktəb və bağçası olacaq. Bir sözlə, bu komplekslərdə yaşamaq istəyənlər üçün bütün lazımi infrastruktur yaradılır.

Hazırda Siyəzənlə yanaşı, Şabran rayonunda da müasir yaşayış kompleksinin salınması üçün layihələndirmə işləri aparılır. Bu layihələrin daha sonra Göygöl, Ucar və digər rayonlarda davam etdirilməsi planlaşdırılır.

Siyəzən şəhəri,
Gənclik qəsəbəsi
+994 50 701 11 11
+994 55 414 22 11

Aylin Qismətli

Əlaqədar məqalələr
Elm / TexnologiyaTikinti

“ArchiCO Academy”nin hazırladığı kadrlar istənilən beynəlxalq layihədə fəaliyyət göstərə bilərlər

“ArchiCO Academy”nin hazırladığı kadrlar istənilən beynəlxalq layihədə fəaliyyət…
►►►
City Life

Yelo Bank-ın UFAZ-da karyera həftəsi yekunlaşdı

Yelo Bank-ın UFAZ-da karyera həftəsi yekunlaşdı Korporativ Sosial Məsuliyyətli…
►►►
City Life

ABB Banklararası Şahmat Çempionatının qalibi oldu

ABB Banklararası Şahmat Çempionatının qalibi oldu Ümummilli Lider Heydər Əliyevin anadan…
►►►