Səkkiz holland şirkəti Niderland pavilyonuna qoşulacaq

Niderlandın Azərbaycandakı Səfirliyi hər il “Caspian Agro” sərgisində Hollandiyanın bir neçə yüksək texnologiya şirkəti ilə birlikdə “Niderland pavilyonu” ilə iştirak edib. 2023-cü ildə aşağıdakı holland şirkətləri Hollandiya pavilyonuna qoşulacaq: 

  • “Hortilux” beynəlxalq istixana bağçılığı və qapalı əkinçilik üçün işıqlandırma həllərinin (LED, HPS və hibrid) hazırlanması, təchizatı və tətbiqi sahəsində bazar lideridir.
  • “FEX B.V.” Ukrayna və Rusiya kimi ölkələrdə Şərqi Avropa bazarına kəsilmiş gül və dibçək bitkilərinin ixracı üzrə ixtisaslaşmış gənc və dinamik ixrac şirkətidir. Son illərdə şirkət yüksək keyfiyyətli və təzə məhsullar təqdim etməklə müştəriləri ilə yaxşı və etibarlı əlaqələr qurmuşdur. 
  • “RijkZwaan” dünyada tərəvəz yetişdirən 4-cü şirkətdir. Şirkət diqqətini bütünlüklə tərəvəz toxumlarına yönəltməyə və sektor daxilində geniş çeşid təklif etməyə qərar vermişdir.
  • “Svensson” tekstil əsaslı həllər vasitəsilə süni mikro iqlimin idarə edilməsi və enerji səmərəliliyi sahəsində novator və dünya lideridir. Şirkət fəaliyyətini 1970-ci illərdə istixanalarda tərəvəz və çiçəklərin peşəkar becərilməsi üçün şəraiti dəyişdirmək və yaxşılaşdırmaq məqsədi ilə başlamışdır. Həmin vaxtdan etibarən “Svensson” bir sıra yenilikçi həllərlə sənayedə inqilab etdi. Hazırda onların funksional iqlim ekranları tələblərə uyğun olaraq rütubətə, temperatura və ultrabənövşəyi şüalanmaya nəzarət edir və bütün dünyada istixanalarda daha yaxşı və daha çox məhsul əldə etmək üçün mükəmməl şərait yaradır.
  • “De Ruiter” şirkəti artıq on illərdir ki, kəsilmiş və dibçək qızılgüllərinin becərilməsinin əsasını qoyub, bundan əlavə onlar kol qızılgüllər, bağ və landşaft qızılgülləri, kəsilmiş və dibçək dazıotu, itburnu, aniqozantos və hortenziya gülləri yetişdirirlər. 
  • “Royal GD” heyvan sağlamlığı və heyvan istehsalı sahəsində aparıcı təşkilatdır. Ən müasir baytarlıq laboratoriyaları, tədqiqat obyektləri və baytarlıq sahəsində bilik və təcrübəsi ilə bütün dünyada müştəriləri dəstəkləyir. Şirkət yüksək keyfiyyətli və müstəqil məsləhət, sifarişli tədqiqat xidmətlərini və heyvan sağlamlığı proqramlarını təmin edir.
  • “Koppert” kimyəvi pestisidlərə alternativ təklif edir və şirkət məhsul zərərvericilərinə qarşı təbii həllin tapılmasından birinci olmuşdur. Zərərvericilərlə mübarizə üçün təbii düşmənlərdən, tozlandırma üçün eşşəkarılarından, bitkiləri dəstəkləyən, qoruyan və gücləndirən mikroorqanizmlərdən və biostimulyatorlardan istifadə edir. Həm yerin üstündə, həm də altında bitki sağlamlığını yaxşılaşdırır. 
  • “Nijhuis Saur Industries” bütün dünyada yüngül və ağır sənaye, kommunal xidmətlər və ticarət binaları üçün sudan dayanıqlı və davamlı istifadə, enerji və resursların bərpası məqsədilə əsaslı və adaptiv həlləri həmin edir.


Kənd təsərrüfatı Hollandiya tarixində və mədəniyyətində dərin kök salmışdır. Aclıq və qida çatışmazlığı ilə qlobal mübarizədə. Niderland əsrlər boyu kənd təsərrüfatı biliklərini inkişaf etdirmişdir. Bu, bizə kənd təsərrüfatını davamlı şəkildə intensivləşdirməyə və yüksək keyfiyyətli məhsul yetişdirməyə imkan verir. Azərbaycanın kənd təsərrüfatı sektoru sürətlə inkişaf edir, ona görə də biz bu sektorun gələcək dayanıqlı inkişafında ölkəni dəstəkləmək üçün buradayıq. Holland şirkətləri uzun illərdir ki, Azərbaycanda fəal işləyir, bilik və təcrübələrini hökumət və yerli müəssisələrlə bölüşürlər. Holland şirkətləri öz texnologiyalarını Azərbaycan şirkətlərinin böyük əksəriyyətinə nümayiş etdirməyi və kənd təsərrüfatı sektorunun inkişafında, eləcə də biznesin optimallaşdırılmasında ağıllı həllər təklif etməyi nəzərdə tuturlar.