Səyahətin sağlamlıq üçün 5 vacib faydası
Səhayət eləmək müxtəlif mədəniyyətləri tanımaq üçün böyük əhəmiyyət kəsb edir. Getdiyimiz yerlərin fərqli xüsusiyyətlərini kəşf edərək təcrübə əldə edirik. Səyahət etdiyiniz yerləri yenidən kəşf etmək, fərqli özəllikləri tanımaq, oradakı insanlarla münasibətdə olub, müxtəlif hadisələrlə üzləşmək sağlamlığınız üçün çox gözəl təsir bəxş edir. Daimi olaraq etdiyiniz hər səyahət sağlamlığa da təsirt edir. Səyahət etməyin sağlamlığ üçün 5 vacib faydası bunlardır.

- Tətilə gedməyi planlaşdırma duyğularınızın yaxşılaşmasına kömək edir
Stresli və ağır şəraitdə keçən iş həyatınız varsa, əlbəttə ki bu vəziyyət duyğularınızın və sinir sisteminizin yorulmasına səbəb olacaq. Elm adamları işdən istirahət etmək üçün ayrılan vaxtların insanları hər zaman xoşbəxt etdiyini sübut ediblər. Tətil mövzusunda müsbət baxışı olan insanlar özlərini hər zaman yaxşı hiss edirlər. Başqa sözlə, insanlar satın aldıqlarından daha çox səyahət təcrübələrindən əldə etdikləriylə xoşbəxt olurlar
- Daim səhayət eləmək infarkt riskini azaldır
Aparılan araşdırmalara əsasən uzun illər səyahət etməyən kişilərin infarkt keçirmək riski 30% artır. Tədqiqatlara əsasən isə 6 ildə 1 dəfə səyahət edən qadınların isə ildə 8 dəfə infarkt riski altında olduğu göstərilir. Digər araşdırmalara görə isə müntəzən olaraq səyahət edən kişilərdə infarkt nəticəsində ortaya çıxan ölümlərin 32% azaldığı görülür
- Uzaq yerlərdə qalmaq ruh sağlığınızı da güçləndirir
İki ildə bir dəfə istirahət edən qadınlar ildə 2 dəfə istirahət edən qadınlara nisbətən stress və depresiyadan əziyyət çəkirlər. Tətil stresin qaynağı olaraq gördüyünüz fəaliyyətlərdən və olduğunuz mühitdən uzaqlaşmağa kömək edir.
- Yuxu problemi qaydaya düşər
İşgüzar səfərdə olarkən yuxu da alt-üst olur. Normal həyatınızdakı yuxu probleminizdən şikayət edirsinizsə, səyahət etməyiniz kifayətdir. Ən azından səyahətə getdiyiniz yerdə gəzə bilmək imkanınız varsa bunu mütləq dəyərləndirin. Çünki gəzərkən əzələlər oksigen qəbulu ilə yanaşı ifraz elədiyi laksit turşusu ilə yuxunuzun gəlməsinə köməkçi olacaq. Beləliklə, yuxunuz qaydaya girmiş olacaq və yuxu probleminiz aradan qaldırılacaq.
- Ailə münasibətlərinin yaxşılaşmasına kömək edir
Ailənin içində olan problemləri ailə içində həll etmək ən yaxşı yoldur. Ancaq həmişə eyni mühitdə olmaq və problemləri həll etmək həmişə asan olmur. Qərar qəbul eləmək üçün səyahətə gedmək, ailənizlə yaşadığınız problemləri həll etməyə kömək olacaqdır. Çunki olduğunuz mühitdən uzaqlaşmaq, yaşadığınız problemləri və mübahisələri təkrar dəyərləndirərək qarşınızdakı insanın gözündən baxma şansı əldə edə bilərsiniz. Səyahətə gedmək belə bir vəziyyətdə ailə münasibətlərinizi yaxşılaşdırmaq üçün yaxşı əla yoldur.
mənbə: topic.az