Sahibkarlar Özbəkistan-Azərbaycan Regionlararası Forumuna dəvət olunur

23-24 fevral tarixlərində Özbəkistan Respublikasının İnvestisiyalar, Sənaye və Ticarət Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin dəstəyi, Özbəkistanın Ticarət və Sənaye Palatası və Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun birgə təşkilatçılığı ilə Daşkənd şəhərində 1-ci Özbəkistan-Azərbaycan Regionlararası Forumu keçiriləcək.

Tədbirdə hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların iştirakı nəzərədə tutulur. Forum çərçivəsində Özbəskitan-Azərbaycan İşgüzar Şurasının 3-cü iclası, həmçinin sahibkarlar arasında ikitərəfli görüşlər təşkil olunacaq.

Azərbaycan sahibkarları Özbəkistan-Azərbaycan Regionlararası Forumuna dəvət olunurlar. Forumda iştirak etmək istəyən sahibkarlar qeyd olunmuş link vasitəsi ilə qeydiyyatdan keçə bilərlər: https://forms.office.com/r/687cFpxMrQ

Əlaqə: (+994 12) 598-01-47/48

Əlaqədar məqalələr
Made in Azerbaijan

Dəmir filizi mədənlərinin istismarı üzrə bir sıra uğurlar əldə edilib

Dəmir filizi mədənlərinin istismarı üzrə bir sıra uğurlar əldə edilib “AzerGold”…
►►►
İqtisadiyyat / BiznesMade in Azerbaijan

“AzerGold” QSC 2022-ci ildə rekord səviyyədə buruqqazma işi icra edib

“AzerGold” QSC 2022-ci ildə rekord səviyyədə buruqqazma işi icra edib “AzerGold”…
►►►
İqtisadiyyat / BiznesMade in Azerbaijan

“AzerGold” QSC-nin 2022-ci ildə satış gəlirləri artıb

“AzerGold” QSC-nin 2022-ci ildə satış gəlirləri artıb 2022-ci ildə “AzerGold”…
►►►