SOCAR nümayəndələri Dünya Bankının GGFR təşkilatının rəhbər heyətinin illik iclasında iştirak edib

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) nümayəndə heyəti 2022-ci il 25-26 oktyabr tarixlərində Birləşmiş Krallığın London şəhərində keçirilən Dünya Bankının “Səmt Qazının Məşəldə Yandırılmasının Azaldılması üzrə Qlobal Tərəfdaşlıq” (GGFR) təşkilatının Rəhbər Komitəsinin illik iclasında iştirak edib.

Görüşdə SOCAR-da həyata keçirilən bir sıra uğurlu layihələr haqqında məlumat verilib, səmt qazı atılmalarının 2%-dən də aşağı səviyyəyə endirildiyi diqqətə çatdırılıb.

SOCAR tərəfindən 21 min ton CO2 ekvivalentində emissiyaların atılmasının qarşısının alındığı, SOCAR-ın regionda karbon kreditlərini əldə edən və satışını həyata keçirən ilk şirkət olduğu ifadə edilib.

Tədbirdə, həmçinin GGFR təşkilatının adının dəyişdirilərək “Flaring Methane Reduction Partnership – FMRP” olması təklifi irəli sürülüb və bu təklif iştirakçılar tərəfindən yekdilliklə qəbul olunub.

Əlaqədar məqalələr
Energetika

Novxanıda SOCAR brendli yeni yanacaqdoldurma stansiyası istifadəyə verilib

Novxanıda SOCAR brendli yeni yanacaqdoldurma stansiyası istifadəyə verilib “Aİ-92”…
►►►
Energetika

Rövşən Nəcəf İslam İnkişaf Bankı qrupunun prezidenti ilə görüşüb

Rövşən Nəcəf İslam İnkişaf Bankı qrupunun prezidenti ilə görüşüb (FOTO) 2023-cü il…
►►►
Energetika

“AzərEnerji” Cənub regionunun enerji təminatını gücləndirir

“AzərEnerji” Cənub regionunun enerji təminatını gücləndirir Respublikanın Cənub…
►►►