Taxıl dəyirmanları və anbarlarda aparılan monitorinqlərin nəticələri açıqlanıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.

Tədbirlər çərçivəsində cari ilin fevral və mart aylarında ölkə ərazisində fəaliyyət göstərən dəyirmanlarda və elevatorlu anbarlarda saxlanılan yerli istehsal olan taxıl (buğda) məhsullarının fitosanitar və qida təhlükəsizliyi vəziyyətinin qiymətləndirilməsi məqsədilə monitorinqlər həyata keçirilib.

Monitorinqlər zamanı Agentlik əməkdaşları tərəfindən ümumilikdə 31 taxıl nümunəsi götürülüb və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq sınaq laboratoriyalarına müayinələrin aparılması üçün təqdim edilib.

Sevindirici haldır ki, sınaq nəticələrinə əsasən, qida təhlükəsizliyi baxımından nümunələrdə uyğunsuzluq aşkar olunmayıb. Yalnız fitosanitar baxımından 4 nümunədə karantin tətbiq edilən zərərli orqanizmlər aşkarlanıb ki, bunların da taxıl məhsullarının istehlakı ilə bağlı təhlükəsizliyinə mənfi təsiri yoxdur.

Aparılan monitorinqlərin nəticələrinə əsasən, AQTA yerli taxıl istehsalçılarına qida təhlükəsizliyi tələblərinə əməl etdiklərinə görə minnətdarlığını bildirir.

Fitosanitar baxış keçirilən taxıl dəyirmanları və elevatorlu anbarlar barədə aşağıdakı cədvəl vasitəsilə məlumat ala bilərsiniz:

Müəssisənin adıFəaliyyət ünvanıLaborator nəticələr
Karantin tətbiq edilən zərərvericilərTəhlükəsizlik göstəriciləri
Mikotoksinlər (Aflatoksin, Oxratoksin, Zearalenon)Ağır metallar (Qurğuşun, Kadmium)
1“Qarabağ Un” MMCBakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi 59aşkarlanmayıbuyğunduruyğundur
2“Taxıl Agro” MMCBakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəs., S.Allahverdiyev küçəsi 300aşkarlanmayıbuyğunduruyğundur
3“AvroMAK” MMCBakı şəhəri, Binəqədi rayonu, Z.Bünyadov prospekti 13aşkarlanmayıbuyğunduruyğundur
4“MKT İK” MMCCəlilabad rayonu, Qarazəncir kəndiaşkarlanmayıbuyğunduruyğundur
5f/ş Səfərov Hüseyn Qürbət oğluCəlilabad rayonu,  Gülməmmədli kəndiaşkarlanmayıbuyğunduruyğundur
6“Alılı” Fermer Kəndli TəsərrüfatıCəlilabad rayonu,
Babalı kəndi
aşkarlanmayıbuyğunduruyğundur
7f/ş Abdullayev Cavid Səhrab oğluKürdəmir rayonu, Qarasaqqal kəndiaşkarlanmayıbuyğunduruyğundur
8“Kraun KO-R” MMCİmişli rayonu,
Bəhrəmtəpə qəsəbəsi
aşkarlanmayıbuyğunduruyğundur
9“Az Aqro Taxıl” MMCAğcabədi rayonu,
Hindarxı qəsəbəsi
Acroption repens(L) DC (Sürünən kəkrə) aşkar edilibuyğunduruyğundur
10“Orxan”
KFT
Ağdam rayonu, “Ergi” yaşayış məntəqəsiaşkarlanmayıbuyğunduruyğundur
11f/ş Haqverdiyeva RimaAğdam rayonu, Rzalar kəndiAcroptilon repens (L) DC. (Sürünən kəkrə) aşkar edilibuyğunduruyğundur
12f/ş Kazımov TofiqBərdə rayonu, Şirvalı kəndiAcroptilon repens (L) DC. (Sürünən kəkrə) aşkar edilibuyğunduruyğundur
13f/ş Ziyadov İkramBərdə rayonu, Qazaxlar kəndiaşkarlanmayıbuyğunduruyğundur
14Qarabağ Çörək ZavoduBərdə rayonu, Bərdə şəhəriaşkarlanmayıbuyğunduruyğundur
15f/ş İbayev TahirAğdam rayonu, Təzəkənd kəndiAcroptilon repens (L) DC. (Sürünən kəkrə) aşkar edilib            uyğunduruyğundur
16“AGRO Dairy” MMCHacıqabul rayonu, Muğan kəndiaşkarlanmayıbuyğunduruyğundur
17f/ş Cəfərov Bəylər Hacıqabul rayonu,
Talış kəndi
aşkarlanmayıbuyğunduruyğundur
18f/ş Əcəmov Etibar Biləsuvar rayonu, Ağalıkənd kəndiaşkarlanmayıbuyğunduruyğundur
19“Ulu Aqro” MMCQax rayonu, Qaxbaş kəndiaşkarlanmayıbuyğunduruyğundur
20f/ş Süleymanov EminŞəki şəhəriaşkarlanmayıbuyğunduruyğundur
21f/ş Ağacanov RaminQazax şəhəri, N.Nərimanov qəsəbəsi, ev 43aşkarlanmayıbuyğunduruyğundur
22f/ş Həmzəyev Nail Ağstafa rayonu, 
Ş.İ.Xətai kəndi, ev 9
aşkarlanmayıbuyğunduruyğundur
23f/ş Nəsibov Adil Ağstafa rayonu,
Aşağı Kəsəmən kəndi
aşkarlanmayıbuyğunduruyğundur
24“Nural” MMCTovuz rayonu, Abulbəyli kəndiaşkarlanmayıbuyğunduruyğundur
25“Qazax rayonu Birinci Şıxlı Kəndli Fermer Təsərrüfatı” MMC Qazax rayonu, İ.Şıxlı kəndiaşkarlanmayıbuyğunduruyğundur
26 “Xanlıqlar Group” MMC Qazax rayonu, Xanlıqlar kəndiaşkarlanmayıbuyğunduruyğundur
27“Ağsu Aqro Park” QSC Ağsu rayonu, Çiyni kəndiaşkarlanmayıbuyğunduruyğundur
28“GP Stock Feed” MMCİsmayıllı rayonu, Xəlilli kəndiaşkarlanmayıbuyğunduruyğundur
29 “Süsən Aqro” MMCAğsu rayonu, Gəgəli kəndiaşkarlanmayıbuyğunduruyğundur
30“Agro Dairy” MMC (Gəncə)Samux rayonu,
Qırmızı Samux kəndi
aşkarlanmayıbuyğunduruyğundur
31“Region Agro” MMCGoranboy rayonu,
Faxralı kəndi
aşkarlanmayıbuyğunduruyğundur