Tim Kukun biznes qaydaları

Həmişə qaydalara riayət etmək lazım deyil. Özünüz qaydalar yaratmalısınız.

“Əgər xaos fabriki tikmisinizsə, bu xaosun məsuliyyətindən qaça bilməzsiniz.”

“Haqlı olduğunuza əmin olduqda, öz mövqeyinizdə dayanmaq üçün cəsarətli olun.

Əgər problem və ya ədalətsizlik görürsünüzsə, anlayın ki, onları sizdən başqa heç kim həll etməyəcək.”

“Düşünürəm ki, həmişə qaydalara əməl etməyə dəyməz. Sizə qaydalar yaratmaq lazımdır. Əgər tərtib edilmiş qaydalara ciddi əməl etsəniz, sonda başqalarından fərqlənməyəcəksiniz.”

“Başqasının həyatını yaşamağa vaxtınızı sərf etməyin. Sizdən əvvəl gələn insanlara hər şeyi kənara qoyub və sizə yaraşmayan bir yaşam tərzini qəbul edərək bənzəməyə çalışmayın.”

“Bir şeyi əxz etdim ki, texnologiya bizi dəyişdirmir, yaxşı və pis keyfiyyətlərimizi artırır. Yaxşılığa görə tərif istəyirsinizsə, pislik üçün məsuliyyət götürün. Hər şey sadədir.”

“Gözlənilməzdə ümid tapın. Sınaqda cəsarət tapın. Səhra yolunda öz görmə qabiliyyətinizi tapın. Diqqətdən yayınmayın.

Məsuliyyətsiz olaraq tanınmaq istəyənlər həddən artıq çoxdur. Dəyərli bir şey yaratmadan lent kəsməyə çoxları gələcək. Fərqli ol. Özünüzdən sonra geridə dəyərli bir şey buraxın.”

“Mentorlarınız sizi hazırlıqlı edə bilərlər, ancaq sizi hazır edə bilməzlər.”

“Mən süni intellektin kompüterlərə insanlar kimi düşünmə qabiliyyətini verməsindən narahat deyiləm. Məni heç bir dəyəri və ya şəfqəti olmayan, nəticələrindən narahat olmayan kompüterlər kimi düşünən insanlar daha çox narahat edir.”

“Edə biləcəyiniz ən pis şey iPhone-a yanınızdakı insanın gözündən daha çox baxmaqdır.”

Əlaqədar məqalələr
Book CafeROCKVELL BUSINESS

Açılış səhifəsi nədir və necə olmalıdır?

Açılış səhifəsi nədir və necə olmalıdır? İnternetdə reklamın yerləşdirmə…
►►►
Book CafeROCKVELL BUSINESS

Brend siması lazımdırmı?

Brend siması lazımdırmı? Brendin müştərilər tərəfindən daha rahat anlaşılması və…
►►►
Book CafeCity Life

Hər fəsildə “çiçək aça” bilən gündəmlər

Hər fəsildə “çiçək aça” bilən gündəmlər Azərbaycanda gündəm yaratmaq çox asan…
►►►