Türkiyə Gənclik Vakfı ilə görüş keçirilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov İstanbulda Türkiyə Gənclik Vakfının rəhbəri İbrahim Beşinci ilə görüşüb. 
Görüşdə sahibkarlıq düşüncə tərzinə, gənclərin biznes fəaliyyətinə təşviq olunması və bu istiqamətdə birgə əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.