Türkiyənin “Tekfen” Qrupuna daxil olan şirkətlərin nümayəndələri ilə görüş keçirilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov İstanbulda Türkiyənin “Tekfen Construction” şirkətinin prezidenti Mustafa Kopuz, eləcə də “Tekfen Manufacturing” və “Tekfen Engineering”in rəhbərliyi ilə görüşüb.
Görüşdə KOBİA-nın və sözügedən şirkətlərin fəaliyyəti barədə məlumat verilib, ölkəmizdə aidiyyəti sektorlarda layihələrin icrasında maraqlı olan şirkətlərə Agentliyin göstərə biləcəyi dəstəyə dair fikir mübadiləsi aparılıb.