Unudulmaz səyahət…
Mümkündürmü?
Səyahətin gözəl başlayıb, gözəl tamamlanması üçün vacib olan ən əsas amillərdən biri etibarlı turizm şirkətinin tərəfdaş olaraq, seçilməsidir. Səfərin təşkilatçılığını problemsiz həyata keçirə bilən şirkət müştəri üçün bu səyahəti həm də unudulmaz edə bilir.

Azərbaycanın aparıcı turizm şirkətlərindən biri olan “El art travel” müştəriləri ilə etibarlı əlaqələr quran, onlar üçün uyğun şərtlərlə, münasib qiymətlərlə səyahətlər təşkil edən az saylı yerli turizm müəssisələrindən biridir. 2016-cı ildən işə başlayan “El art travel” şirkəti getmə və gəlmə turizm istiqamətləri üzrə fəaliyyət göstərir. Dünyanın istənilən nöqtəsinə getmək istəyən turist “El art travel”ə müraciət edə bilər. Digər turizm şirkətlərindən fərqli olaraq, “El art travel”ə üz tutan turist səyahət xərclərini əvvəlcədən ödəməyə də bilər. Bütün istiqamətlər, hətta ən ucqar ərazilərə belə turlar təşkil edən və uçuşlar üçün bilet bronlayan “El art travel” səyahət etməyi sevən, ancaq maliyyə baxımından bu xərcləri həmin zaman ödəməyə imkanı çatmayan turistlərin üz tuta biləcəyi ən doğru ünvandır. Şirkətin erkən rezervasiya imkanları sayəsində turist səfərin təşkili ilə bağlı ortaya çıxan heç bir xərcdən çəkinməyərək əvvəldən yay səyahəti üçün qışda, qış səyahəti üçün yayda tur paket ala bilər. Paketin qiymətini isə “cib”inə uyğun, məbləğdən asılı olmayaraq, 6 ay ərzində hissə-hissə ödəyə bilər. Yeri gəlmişkən qeyd edək ki, kreditlə verilən turla səfərə çıxanlar üçün paketin məbləği və istiqaməti ilə bağlı heç bir məhdudiyyət yoxdur. Kreditlə tur alan səyahət sevərlərin paketin qiymətini həm daxili kredit qaydaları əsasında, həm də bank yolu ilə ödəməsi mümkündür.
Sözsüz ki, informasiya texnologiyalarının genişləndiyi müasir dövrdə əksər turistlər özləri onlayn rezervasiya edərək səfərlərini sərbəst şəkildə təşkil edirlər. Lakin səfər üçün viza tələb olunduqda bəzi çətinliklər ortaya çıxır ki, bunun da öhdəsindən hər bir turist gələ bilmir. Bu çətinliklərlə qarşı-qarşıya gəlmək istəməyən turistlər viza tələb olunan ölkələrə səfər üçün də “El art travel” şirkətinin xidmətlərindən faydalana bilərlər. Şirkət turistə vizanın alınması üçün lazım olan bütün dəstəyi göstərir.
“El art travel” sifarişdən asılı olaraq, müştərilərini səfər etdiyi ölkələrdə turizm bələdçiləri, avtomobil ilə təmin edir, onlar üçün transfer, eləcə də VİP transfer, hoteldə qarşılanma, hətta sürprizlə qarşılanma, hoteldə əvvəlcədən yemək masalarının sifariş edilməsi kimi xidmətlər göstərir.
Dələduzluqla məşğul olan turizm şirkətlərinin də çoxaldığı hazırkı dövrdə “El art travel” kimi təcrübəli şirkətə etibar etmək həm də qarşıya çıxa biləcək lüzumsuz problemlərdən, gözlənilən risklərdən özünü sığortalamaq deməkdir. “El art travel”in bütün yerli və xarici tur sistemlərində, eləcə də hava yolları sistemlərinin hər birində 50 min manatdan çox depoziti var. Bununla yanaşı, şirkətin müxtəlif ölkələrdə bank zəmanəti də mövcuddur ki, bu da turistləri səfər zamanı gözlənilə bilən maliyyə risklərindən qorumağa imkan yaradır.
Gördüyü işin keyfiyyəti ilə müştərilərinin güvənini qazanmağı bacaran, etibar və peşəkarlığı bir nöqtədə cəmləşdirməyə nail olan “El art travel” problemsiz, yüksək keyfiyyətli səfər arzusunda olan turistlərin çəkinmədən müraciət edə biləcəyi ən əsas, hətta ən doğru ünvandır. Şirkətin ofisinin Bakının mərkəzində – Neftçilər prospekti 92, “Park Bulvar” Alış-Veriş Mərkəzində yerləşməsi müştərilərin bu ünvana asanlıqla baş çəkməsinə imkan verir.

Park Bulvar AVM 4-cü mərtəbə
+994505552120
+994505550049
+994505550061
+994505559499
elarttravel
info@elart.az