AZAL aksiyası: mayın sonuna qədər populyar istiqamətlərə 25% güzəşt

“Azərbaycan Hava Yolları” Ramazan bayramı münasibətilə aviaşirkətin ən məşhur istiqamətlərinə aviabiletlərə 25% güzəşt təqdim edir.

Endirimli aviabiletləri 21-24 aprel tarixləri aralığında əldə etmək mümkündür. Təklif aviaşirkətin bir sıra marşrutu üzrə 2023-cü il 3-31 may daxil olmaqla mövcud olan bir tərəfə və ya gediş-dönüş aviabiletlərinə şamil olunur.

Aviaşirkətin bu təşəbbüsü sayəsində sərnişinlər həm istirahətdən zövq ala biləcək, həm də büdcələrinə qənaət etmək imkanı əldə edəcəklər.

Belə ki, AZAL-ın Bakıdan aşağıdakı şəhərlər üzrə uçuşlarına 25% güzəşt tətbiq edilir: London, Milan, Paris, Vyana, Barselona, Praqa, Moskva, Sankt-Peterburq, Yekaterinburq, Novosibirsk, İstanbul, Antalya, Almatı, Astana, Dubay (J2-015/016 nömrəli reyslər).

Endirimli aviabiletləri kassalarda və ya “Azərbaycan Hava Yolları”nın akkreditə olunmuş agentliklərində, həmçinin callcenter@azal.az elektron poçtu vasitəsilə çağrı mərkəzinə müraciət edərək əldə etmək mümkündür.

AZAL dünya müsəlmanlarını Ramazan bayramı münasibətilə təbrik edir, möhkəm cansağlığı və ruzi-bərəkət, həmçinin edilən duaların qəbul olunmasını və arzuların həyata keçməsini diləyir.

“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti

Əlaqədar məqalələr
Nəqliyyat / Logistika

AZAL-ın təyyarələrində multimedia əyləncə sistemi yenilənib

AZAL-ın təyyarələrində multimedia əyləncə sistemi yenilənib 2 dekabr 2025-ci il, Bakı…
►►►
Nəqliyyat / Logistika

AZAL və İordaniya nümayəndə heyəti mülki aviasiya....

AZAL və İordaniya nümayəndə heyəti mülki aviasiya sahəsində əməkdaşlığın…
►►►
Nəqliyyat / Logistika

Şimal-Cənub dəhlizinin inkişafı üzrə Memorandum imzalanıb

Şimal-Cənub dəhlizinin inkişafı üzrə Memorandum imzalanıb 25 noyabrda Bakıda “AZCON…
►►►