Məşhur “İkarus” avtobusları Azərbaycanda da istehsal olunacaq

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti STP Şirkətlər Qrupu ilə Macarıstanın “İkarus” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.

Anlaşma Memorandumunu STP-nin Baş direktoru Ruslan Ağabəyli və “İkarus” şirkətinin Baş direktoru Zoltan Tanko tərəfindən imzalanıb.

Sənədə əsasən, şirkətlər bir neçə istiqamətdə əməkdaşlıq edəcəklər. Bu istiqamətlər arasında “İkarus” avtobuslarının Azərbaycanda istehsalı, illik 100 ədəd avtobusdan 500 ədəd avtobusa istehsal gücünün artırılması, yaxın gələcəkdə Qarabağ regionunda istehsalın lokallaşdırılması, servis mərkəzinin yaradılması və digər məsələlər nəzərdə tutulub.

Əlaqədar məqalələr
Nəqliyyat / Logistika

AZAL-ın təyyarələrində multimedia əyləncə sistemi yenilənib

AZAL-ın təyyarələrində multimedia əyləncə sistemi yenilənib 2 dekabr 2025-ci il, Bakı…
►►►
Nəqliyyat / Logistika

AZAL və İordaniya nümayəndə heyəti mülki aviasiya....

AZAL və İordaniya nümayəndə heyəti mülki aviasiya sahəsində əməkdaşlığın…
►►►
Nəqliyyat / Logistika

Şimal-Cənub dəhlizinin inkişafı üzrə Memorandum imzalanıb

Şimal-Cənub dəhlizinin inkişafı üzrə Memorandum imzalanıb 25 noyabrda Bakıda “AZCON…
►►►