“ADY Konteyner” və “Türkmənistan Nəqliyyat və Logistika Mərkəzi” Anlaşma Memorandumu imzalayıb

Türkmənistanın paytaxtı Aşqabad şəhərində “Beynəlxalq nəqliyyat- tranzit dəhlizləri: qarşılıqlı əlaqə və inkişaf – 2023” 2-ci Beynəlxalq sərgi və konfransı mayın 4-də öz işini başa çatdırıb.

“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Konteyner”in də  təmsil olunduğu konfransda beynəlxalq daşımalar sahəsində yeni reallıqlar, nəqliyyat və tranzit dəhlizlərinin inkişafı, o cümlədən, logistika sahəsində müşahidə olunan rəqəmsallaşma tendensiyaları və tətbiq olunan innovativ həllər diqqət mərkəzində olub.

Konfrans çərçivəsində “ADY Konteyner” MMC və “Türkmənistan Nəqliyyat və Logistika Mərkəzi” SC arasında beynəlxalq konteyner daşımaları üzrə Anlaşma Memorandumu imzalanıb. Yeni əməkdaşlıq platforması Avrasiya regionunda konteyner daşımalarının səmərəli və sürətli təşkilinə önəmli töhfə verəcək.

Konfrans çərçivəsində CASCA+beynəlxalq multimodal marşrutu üzrə iştirakçı ölkələrin dəmir yolları operatorlarının növbəti görüşü keçirilib, tranzit imkanlarının yeni inkişaf perspektivləri müzakirə olunub.

Əlaqədar məqalələr
Nəqliyyat / Logistika

Azərbaycan Hava Yolları donanmasına cari ildə dördüncü təyyarəsini əlavə edib

Azərbaycan Hava Yolları donanmasına cari ildə dördüncü təyyarəsini əlavə edib AZCON…
►►►
Nəqliyyat / Logistika

“Sonsuz üfüqlərə doğru”

“Sonsuz üfüqlərə doğru”: Azərbaycan Hava Yolları brendinin yeni vizual manifestini…
►►►
Nəqliyyat / Logistika

Azərbaycan Hava Yolları ilk dəfə beynəlxalq nüfuzlu....

Azərbaycan Hava Yolları ilk dəfə beynəlxalq nüfuzlu “Great Place to Work” sertifikatı…
►►►