Sahibkarlar Rumıniya-Azərbaycan biznes forumuna dəvət olunur

Bu ilin may ayının son dekadasında Buxarestdə baş tutacaq Rumıniya Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 7-ci iclası çərçivəsində İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı ilə Rumıniya-Azərbaycan biznes forumunun keçirilməsi planlaşdırılır.

Tədbirdə hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların iştirakı nəzərdə tutulur.

Azərbaycan sahibkarları Rumıniya-Azərbaycan biznes forumuna dəvət olunurlar. Tədbirdə iştirak etmək istəyən sahibkarlar AZPROMO-ya müraciət edə bilərlər.

Əlaqə:

Tel.: (+994 12) 598-01-47/48 (daxili 3629)
E-mail: sanan.saftarov@azpromo.gov.az

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

“Mastercard” onçeyn ödənişləri və fiat ödəniş kanallarını....

“Mastercard” onçeyn ödənişləri və fiat ödəniş kanallarını birləşdirmək üçün…
►►►
İqtisadiyyat / Biznes

“Caspian Agro Week” və “InterFood Azerbaijan” sərgilərində....

“Caspian Agro Week” və “InterFood Azerbaijan” sərgilərində məhsul və xidmətlərini…
►►►
İqtisadiyyat / Biznes

Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı

Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı Azərbaycan Banklar Assosiasiyasının…
►►►