Yevlax Pilot Aqroparkında ilk rezidentlər qeydiyyata alınıb

Yevlax Pilot Aqroparkının ilk rezidentləri tərəfindən 4,3 mln. manatdan çox investisiya yatırılacaq.

İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan aqroparklarda sahibkarlıq subyektlərinə (fermerlərə) rezidentlik statusunun verilməsinə başlanılıb. “İsfa”, “Xar Agro” və “AGROTOP” MMC-lərə, eləcə də fərdi sahibkarlar Mehman Rəhimov və Firdovsi Əhmədova rezident statusu verilib. Rezidentlər 177,4 hektar sahədə investisiya dəyəri 4,3 milyon manatdan çox olan intensiv meyvə bağları, tingçilik və tərəvəzçilik təsərrüfatları salacaq, 53 nəfəri daimi, 187 nəfəri isə mövsümi işlə təmin edəcək.

İstehsal ediləcək məhsulların daxili bazarla yanaşı, xaricə ixracı da nəzərdə tutulur.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

“AzerGold” QSC və onun törəmə şirkətlərinin ötən....

“AzerGold” QSC və onun törəmə şirkətlərinin ötən ilin yekunlarına dair maliyyə…
►►►
İqtisadiyyat / Biznes

Sahibkarlar vahid məkanda....

Sahibkarlar vahid məkanda – KOB evlərində xidmət almağa üstünlük verirlər Cari ilin I…
►►►
Qida sənayesi / Kənd təsərrüfatı

Paytaxtda növbəti “Kənddən şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq

Paytaxtda növbəti “Kənddən şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq 2-3…
►►►