KOBİA nümayəndələri daha bir müəssisənin fəaliyyəti ilə tanış olublar

KOBİA və “GemZA Group”un nümayəndələri istehsalın genişləndirilməsi, xidmət çeşidinin artırılması və ixracla bağlı fikir mübadiləsi aparıblar. 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və Agentliyin nümayəndələri Bakının Sabunçu rayonunda yerləşən “GemZA Group”da olub. 

Məlumat verilib ki, şirkət mühəndislik, təchizat, inşaat, neft və qeyri-neft sektoru üçün avadanlıqların istehsalı və tədarükü sahələrində fəaliyyət göstərir. “GemZA Group” sənaye məhsulları üzrə bir sıra dünya brendlərinin Azərbaycandakı rəsmi nümayəndəsidir. Şirkətdə 70-dən çox işçi çalışır. Müəssisənin texniki biliklərin öyrədilməsi üzrə akademiyası da fəaliyyət göstərir.

Müəssisə ilə tanışlıq çərçivəsində “GemZA Group”un rəhbərliyi ilə istehsalın genişləndirilməsi, xidmət çeşidinin artırılması və ixracla bağlı fikir mübadiləsi aparılıb, KOBİA-nın qeyd olunan istiqamətlərdə səlahiyyətləri çərçivəsində göstərə biləcəyi dəstək tədbirləri qeyd edilib.

Əlaqədar məqalələr
İqtisadiyyat / BiznesROCKVELL LADY

AccessBank qadın sahibkarlar üçün Access2Success layihəsinə 5-ci dəfə start verir

AccessBank qadın sahibkarlar üçün Access2Success layihəsinə 5-ci dəfə start…
►►►
İqtisadiyyat / Biznes

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin Son dövrdə nağdsız…
►►►
İqtisadiyyat / Biznes

Biznesiniz irəli getsin, komissiya 0% qalsın!

Biznesiniz irəli getsin, komissiya 0% qalsın! Bank VTB fərdi sahibkarlar üçün 50 000…
►►►